Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

1803-1813 və 1826-1828-ci illər

1803-1813 və 1826-1828-ci illərdə Qacarlar dövləti ilə Rusiya arasında baş vermiş döyüşlərdə Azərbaycan iki hissəyə bölündü. 1813-cü il oktyabrın 13-də bağlanmış Gülüstan müqaviləsinə əsasən İrəvan və Naxçıvan xanlıqlarından başqa şimalda olan Azərbaycan ərazisindəki Gəncə, Qarabağ, Şəki, Lənkəran, Şamaxı, Quba, Dərbənd xanlıqları Rusiyanın tərkibinə qatıldı. 1828-ci il fevralın 10-da bağlanmış Türkmənçay müqaviləsinə görə isə İrəvan və Naxçıvan xanlıqları da Rusiyanın tərkibinə ilhaq edildi. Beləliklə, Azərbaycan torpaqları bölüşdürüldü.


Tarix: 06.01.2015 / 17:59 Müəllif: Feriska Baxılıb: 21 Bölmə: Azərbaycan milli-tarixi faciələri
loading...