1917-ci il oktyabrın 27-də Bakı fəhlə və əsgər deputatları sovetinin fövqəladə geniş yığıncağı keçirildi. Yığıncaqda 166 səsə qarşı 246 səslə eser, menşevik və daşnak bloku üstünlük qazandı. 3 siyasi partiya (eserlər, menşeviklər və daşnaklar) adından Sovet bəyan etdi ki, inqilabın müdafiəsi Petroqradda başlanmış üsyanın qansız və dinc yolla ləğv olunmasını tələb edir, ölkədə bütün hakimiyyöt Müəssislər Məclisinə verilməli, o vaxta qədər mövcud hakimiyyətin kifayət qədər inqilabi gücü olmazsa bütün hakimiyyət demokratiya daxilində koalisiyaya verilməlidir.43 Beləliklə, xırda burjua partiyaları günün yeni şüarını - "demokratiya daxilində koalisiya" şüarını irəli sürdülər. Koalisiya bolşeviklərin də iştirakını nəzərdə tuturdu. Xırda burjua partiyalarının müsəlman demokratiyasına mənfi münasibəti yenə də özünü göstərdi. Sovetinə oktyabr seçkilərində "Müsavat"ın xeyli uğur qazanmasına baxmayaraq xırda burjua partiyaları müsəlman demokratiyasını real siyasi qüvvə kimi inkar edirdilər. Bu şəraitdə münaqişənin aradan qaldırılmasına çalışan müsavatçılar bolşevikləri müdafiə etdilər. Müsavatçılar münaqişəyə demokratik partiyalar üçün son dərəcə zororli bir hal kimi baxırdılar. Özlərinin hakimiyyət strukturlarında iştirakını artırmaq məqsədilə müsavatçılar bir neçə təklif və bəyanatlar təqdim etdilər. Bu təklifi miizakirə edən "Müsavat" 1917-ci il noyabrın 7-də aşağıdakı qətnaməni qəbul etdi: "Yerli demokratiya daxilində yaranmış münaqişənin bolşevikləri inqilabi, demokratiyanın qalan hissəsindən təcrid etm ək yolu ilə həllini bütün demokratiyanın ümumi məqsədləri üçün son dərəcə zərərli hesab edirik, çünki inqilabm sol qanadının zəifləməsi, eyni zamanda əksinqilabın sağ qanadının güclənməsi deməkdir."48 Buna görə də "Müsavat" özünün iki rəsmi nümayondəsinin daxil olduğu İcraiyyə Komitəsində bolşeviklərlə bir yerdə işləyirdi.
1917-ci il dekabrın 12-13-də bolşeviklər və müsavatçılar arasında münasibətlərin gərginləşdirilməsi şəraitində dəyişdirilmiş seçki qaydası əsasında Bakı Sovetində seçkilər keçirildi. Nəticələr müsavatçılar üçün heç də ümidverici deyildir. Bolşcviklərin 51 səsinə qarşı müsavatçılar 21 sos aldıiar. 41 səs almış daşnaklar, 38 səs almış sol eserlər və 28 səs almış sağ eserlər də müsavatçılardan irəlidə idilər. Cəmi 11 səs alan menşeviklər m üsavatçılardan geridə qaldılar.54 Seçki ılə əlaqədar Sovetin 1917-ci il 31 dekabr tarixli iclasında çıxış edən M .Rəsulzadə bəyan etdi ki, "Sovet demokratik əsaslarla seçilmədiyinə və kəndlilər burada təmsii olunmadığına görə, partiva, hakimiyyəti indiki Sovetə verməkdən imtina edir." Beləliklə, 1917-1918-ci illərin qışı bütövlükdə Cənubi Qafqazdakı hadisələrin gedişində, o cümlədən siyasi partiyaların horokotində əks olunan rəngarəng siyasi hadisələrlə xarakterizə olunur. Bu dövrdə diyarı siyasi baxımdan iki hissəyə - Cənubi Qafqazda Rusiya bolşcvizminin dayağına çevrilon Bakı və qalan bütün Cənubi Qafqaza bölmək olardı. Aydın olurdu ki, hakimiyyəti ələ keçirən bolşeviklər Azərbaycana muxtariyyət verilməsi üçün islahatlar keçirmək fikrində deyildirlər. Bunun əvozindo onlar bütün inqilabi-demokratik qüvvələrin Xalq Komissarları Soveti ətrafında birləşməsi haqqında mosəloyo təkrar-təkrar qayıdırdılar. 1917-ci il noyabrın 26-da bütün Cənubi Qafqazda olduğu kimi Azərbaycanda da Müəssislər Məclisinə seçkilər keçirildi. Zaqafqaziya dairəsi üzrə seçkilərdə 15 partiya iştirak etdi, bunların içərisində seçkilərin 73 faizdən çox səsini toplamış menşeviklər, müsavatçılar və daşnaklar üstünlük təşkil edirdilər. Bütövlükdə Zaqafqaziya dairəsi üzrə bolşeviklərə cəmi 4,4 faiz səs verdilər. Bakıda onlara əhalinin 20 faizi və qarnizon əsgərlərinin 70 faizdən çoxu səs verdi. Eserlərə seçicilərin 16,9 faizi, menşeviklərə isə cəmi 5,1 faizi səs verdi. Rəqəmlərdən belə nəticəyə gəlmək olar ki, seçkilərin nəticələri əhalinin əhval-ruhiyyəsinə uyğun idi. Bütün Cənubi Qafqaz ilə müqayisədə bolşeviklərin Bakıda aşkar qələbəsi fonunda "Müsavat" və "Daşnaksütyun" partiyaları daha əlverişli mövqe tuturdular.
Tarix: 06.01.2015 / 17:48 Müəllif: Feriska Baxılıb: 87 Bölmə: Azərbaycan Xalq Cümhuriyyəti yaranması