Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Noyabr ayı üçün

Bürclər Noyabrda nə vəd edir?

Qoç
Bu ay həyatınızın əsas mövzusu ağıl və hissləriniz olacaq. Peşəkar sahədə ağıl qalib gələcək və siz bəzi məqamlarda qüruru bir kənara buraxıb əməkdaşlarınızla dil tapacaqsınız. Bu münasibət işinizə müsbət təsir edəcək və siz bir addım irəli atacaqsınız. Şəxsi həyatınızda isə qısqanclıqla üzləşəcəksiniz.

Buğa
Yaxşı olar ki, bir müddət səhhətinizə diqqət yetirəsiniz. Bu işin öhdəsindən gəlməyi bacarsanız peşəkar sahədə sizi böyük müvəffəqiyyətlər gözləyir. Sevdiyiniz insanla münasibətə gəldikdə, bir az problem yaşana bilər. Lakin səbriniz və xeyirxahlığınız onu sakitləşdirəcək. Maddi durumunuz yaxşılaşacaq./qadinlar.biz

Əkizlər
Vaxtınızın çoxunu məhəbbət və ailənizə qayğınız aparacaq. Bu ay hər baxımdan uğurludur. Lakin iş yerində bəzi anlaşılmazlıqlar və intriqalar yaşana bilər, bunun öhdəsindən gəlmək sizin əlinizdə deyil, ona görə qarışmamağınız məsləhətdir./qadinlar.biz Yaxşısı başınızı aşağı salıb işinizlə məşğul olun.

Xərçəng
İşgüzar həyatınıza nəzər yetirsək demək olar ki, sizin üçün əlverişli məqam başlayır. Kefinizi pozan yeganə amil maliyyə məsələləri olacaq. Bu da əməkdaşlarınızla aranızda soyuqluq yarada bilər. Ailə həyatında hər şey sakit və problemsiz olacaq. Subay gənclər isə biri-birini qısqanacaq.

Şir
Bu ay peşəkar həyatınızın sosial tərəfləri güclü olacaq. Sizi yeni və gələcək iş planlarınız üçün faydalı tanışlıqlar gözləyir. Maddi vəziyyətiniz çox yaxşı olacaq və bu ay baş verən bütün tədbirləri ödəməyə bəs edəcək. Nəhayət, sevgilinizə qovuşacaqsınız, çünki olduqca sevimli və heyranedici xanıma çevriləcəksiniz.

Qız
Çalışın bir müddət fiziki işlərdən uzaq durasınız. Beyninizi artıq fikirlərdən boşaldın. İşgüzar planlar üçün əlverişli vaxtdır, ona görə də işlədiyiniz sahədə uğur qazanmaq ehtimalı olduqca yüksəkdir. Şəxsi həyatınız çox qarışıqdır və psixoloji cəhətdən sizə təsir edəcək./qadinlar.biz Maddi durumunuz isə əla vəziyyətdə olacaq.

Tərəzi
Özünüzü yaxşı hiss edəcəksiniz. Peşəkar həyatınızda sizi irəliləyişlər gözləyir. Yeni layihə üzərində çalışmağa başlayacaqsınız və yatırım edəcəksiniz, lakin yatırdığınız vəsait sizə ikiqat qayıdacaq. Ailədə problemlər yaranmayacaq. Ancaq bəzi xanımların keçmiş məhəbbəti öləcək, bunu da olduğu kimi qəbul etmək lazımdır.

Əqrəb
Bu payız ayında siz asanlıqla xəstələnə bilərsiniz, buna görə də səhhətinizə qarşı diqqətli olun. Evdən bayıra çıxmaq istəməyəcəksiniz. Bu da ailənizlə daha çox vaxt keçirmək üçün əla fürsətdir. Onlar bunu çoxdan gözləyir. Peşəkar sahədə isə keçmiş işlərinizi bitirib yeni layihələr üzərində işləməyə başlayın.

Oxatan
Yaxşı olar bu ay işinizdə diqqətli olasınız, çünki müvəffəqiyyət qazana bilərsiniz. Uzaq səfərlər gözlənilir. Romantik sahəyə gəldikdə, səbr kasanız artıq dolacaq və sevgilinizin qarşısında şərt qoyacaqsınız: ya sizin fikrinizə hörmət etmək, ya da ayrılmaq. Səhhətiniz və maddi vəziyyətiniz sabit olacaq. /qadinlar.biz

Oğlaq
Nəhayət, siz yerinizi tapacaqsınız və möhtəşəm işgüzar xüsusiyyətlərinizi nümayiş etdirə biləcəksiniz. Sevgilinizlə münasibətdə qətiyyətsizlik hissi yaranacaq, ona güvəniniz azalacaq. Sağlamlığınızla bağlı problem olmayacaq. Maddi vəziyyətiniz möhkəm olacaq.

Dolça
İşgüzar sahədə sizi möhtəşəm layihələrin həyata keçməsi gözləyir və burada sizin böyük rolunuz olacaq. Ayın ortasında kiçik problemlər yaranacaq. Təsəvvürünüzə gətirə bilməyəcəyiniz sirrin üstü açılacaq və bu, çoxlu söz-söhbətə səbəb olacaq./qadinlar.biz Siz ciddi qərar qəbul etməli olacaqsınız.

Balıqlar
İşdə olan problemlər üzündən halınız pisləşəcək. Yaxınlarınızın köməyinə ehtiyacınız olacaq və onlar sevə-sevə yardım əlini uzadacaq. Həyat yoldaşınız sizə qayğı göstərəcək./qadinlar.biz Ayın sonunda işgüzar sahədə ciddi və mənfi dəyişikliklər olacaq. Buna baxmayaraq maddi durumunuz sabit qalacaq.


Tarix: 17.11.2013 / 03:59 Müəllif: ADMIN Baxılıb: 486 Bölmə: Aylıq Ulduz Falı
loading...