Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ayrılıq olmasaydı – Akif İslamzadə

Heç zaman solmazdı, otlar çiçəklər,
Ümmana dönərdi sevən ürəklər,
Bir insan bilməzdi nədir qəm-kədər,
Şəfəqli nəğməyə dönərdi aləm…
Ayrılıq olmasaydı, ayrılıq olmasaydı…
Ayrılıq olmasaydı, ayrılıq olmasaydı…

Vaxtsız dən düşməzdi şəfəq saçlara, saçlara,
Analar ömründə geyməzdi qara.
Bir dildə olmazdı, olmazdı həsrət kəlməsi,
Bir evdən çıxmazdı, çıxmazdı hıçqırıq səsi…
Ayrılıq olmasaydı, ayrılıq olmasaydı…
Ayrılıq olmasaydı, ayrılıq olmasaydı…

Görünməzdi bu yol, yol ucu uzun,
Gülərdi çöhrəsi gəlinin, qızın.
Yaz fəsli açılar çiçəklər kimi,
Əbədi saxlardım səaditini…
Ayrılıq olmasaydı, ayrılıq olmasaydı…
Ayrılıq olmasaydı, ayrılıq olmasaydı…


Tarix: 22.01.2015 / 17:22 Müəllif: Aziza Baxılıb: 67 Bölmə: Akif İslamzadə
loading...