Sev Məni – Abbas Bağırov
Məni tərk edib getsən əlindən tutmaram ,
Səni sevdiyim kimi kimsəni sevmərəm,
Sənin ayrı yerin vardır qəlbim səninlə yaşar,
Bitib tükənməz olub ürəyimdə duyğular …
Sev məni arzular kimi ,
Sev məni səndə mənim kimi ,
Gəlməsin bizə bu ayrılıq ,
Nə olar sev məni öz həyatın kimi …
Həyatın sirləri çox bunu kimsə bilməz ,
Birini sevər insan eşqdən gözü görməz .
Belə dərin hissləri səndən başqası heç görməz
Əgər bir gün olmasam sənsiz üzüm gülməz …
Sev məni arzular kimi ,
Sev məni səndə mənim kimi ,
Gəlməsin bizə bu ayrılıq ,
Nə olar sev məni öz həyatın kimi …
(mus. Abbas Bağırov, söz. Anar Məmmədov)
Tarix: 22.01.2015 / 17:18 Müəllif: Aziza Baxılıb: 109 Bölmə: Abbas Bağırov
loading...