Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rahat yat Atam

Sənsiz bu dünyanı neyləyəcəm mən,
Məni tək qoyub gedirsən ATA.
Necə razı oldun axı buna sən,
Mənim dərdim var dinlə ay Ata…

Yalnızam inan yoxdur heç kimim,
Bir sən idin, səndə qoyub getdin.
Mənim dözmür axı buna ürəyim,
Geri qayıt Ata, tez qayıt geri…

Bakının hər yerində görünür izin,
Sənlə keçirdiyim sənli günlərim.
Kaş sənlə yaşayıb, sənlə öləydim,
Sənsizlik acısı çəkməzdim Ata…

Ruhun şad olsun ey əziz ATAM,
Səni Unutmaz bu kiçik balan.
Səni kim unutsa mən unutmaram,
Səni çox sevirəm rahat yat ATAM…


Tarix: 26.12.2014 / 17:02 Müəllif: Aziza Baxılıb: 193 Bölmə: ATA ŞEİRLƏRİ
loading...