ALOV – Zaman davam edir Lyrics
Skit:
- Mənə qulaq as Arif, ağlıma yaxşı bir fikir gəlib, gəl biz bir komanda olaq. Sən atırsan özünü maşının altına, məndə özümü polis kimi təqdim edib pul qopardıram.
- Başa düşmədim?!
- Burda başa düşməli nə var ki? Bu da sənin payın.
- Bu nədi?
- Bu, bu puldu Arif, əcnəbidən aldığım. Hm?
- Deyəsən hər şeyə mənim yerimə qərar vermisən?! Yox sağol! Mənə haram pul lazım deyil!
- Bu haram pul deyil Arif, bu sadəcə kompensasiyadır. Bir az fikirləş…
ALOV (verse 1)
Mənə çox vaxt deyirlər “avamsan”
Sadəlöhv hər kəsə inanan adamsan
Haçansa, geridə bəlkə də tarixdə qalan.
Mənim üçün dünənimlə və bu günümlə varam
Yaram dərin olsa da, hər zaman döyüşdə qalıram
Param olmasa da mənliyimlə yalan, dolan yoxdu
Məni tanıyan bilər qələmimi
Səmimi olub çoxuna
Üz verdik, göstərdi murdar sifətini,
Hər nəysə…
Zaman davam edir, çox görəcəyik hələ belələrin
Çörəyi diz üstə olub, bilməyən bərəkətini
Qeyrətdən danışıb ağzın timsah kimi açanların,
Əslində balıq kimi üzə yoxdur çıxanların
Mənim yoxdur dostum və çoxusu postu pozdu
İndi dinləyib hər bir kəliməmi yozdu “O”
Məni qınama, əvvəlki mən ola bilmərəm
Nəqarət
Yola düşməzsən qabağa
Gedə bilməzsən uzaqlara
Arzu edib də arzuna
Çata bilməzsən, əl çatmaz ulduzlara (2)
(II verse)
Sev məni, sev məni hə
Bir baxginən sadəlöhv halımla gör nə gündəyəm və
Məni bu anlamamazlıqdan gələnlər çoxdur
Yoxdur dərdimə şərik, qəlbimə hakim
Olmaq istərdim lakin, bakir bəxtim açılmadı ki mənim
Tərsdi desəm
Bəsdi desəm
Nəsdi desəm
Önümü kəsdi desəm
Bilmədim gedilən yolda harda mən səhv buraxdım
Bir baxdım, ətrafımda kor (əşşi nəysə)
Nəqarət
Yola düşməzsən qabağa
Gedə bilməzsən uzaqlara
Arzu edib də arzuna
Çata bilməzsən, əl çatmaz ulduzlara (2)
Skit
- Yenə səninki gətirdi.
- Bəxtinə inanan bəxtəvərdi.
- Bilirsən bunu kim deyib?
- Mirzə Ələkbər Sabir.
- Yox! Bu sözlər mənə aiddir.
Tarix: 23.01.2015 / 14:21 Müəllif: Aziza Baxılıb: 236 Bölmə: ALOV