Molla arvadını dəyişir
Mollanın çox tənbəl, səliqəsiz bir arvadı var imiş. Ancaq qızı arvadın lap tərsi imiş: gözəl, səliqəli bir qız imiş. Odur ki, Mollanın çayını-çörəyini həmişə o hazırlayarmış.
Gün o gün olur ki, qonşu kəndlərin birindən Mollanın qızına elçi gəlir. Danışırlar, razılaşırlar, Molla qızını ərə verir.
Qız gedən gündən Mollanın da qara günləri başlanır. Nə çay verən olur, nə çörək hazırlayan olur, nə paltar yuyan tapılır. Molla bir ay dözür, iki ay dözür, axırda bir gün arvada deyir:
- Arvad, lap o təzə paltarını gey, hazırlaş gedirik.
Arvad geyinib- kecinib düşür Mollanın yanına. Ardı »