Ümumi Letifeler → Qeribe Adamsan Haa
Molla bir dükandan 15 manata bir şalvar alır.Hələ pulunu verməmiş fikirləşir ki : " şalvarım o qədər də köhnə deyil,köynəyim ondan köhnədir.Yaxşısı budur,şalvarın əvəzinə bir köynək alım". Dükançıya deyir:
-Qardaş,şalvarı istəmirəm.Götür,qoy yerinə,elə o qiymətə bir köynək ver.
Dükançı köynəyi verir.Molla geyib pul-zad vermədən düzəlir yola.
Dükançı deyir:
-Molla,pul vermədin.
Molla deyir:
-Nə pul?Əvəzində şalvarı qoydum qaldı da...
Dükançı deyir:
-Yaxşı,şalvarın da pulunu verməmişdin axı...
Molla deyir:
- Qəribə adamsan ha..Şalvarı aparmıram ki,pulunu da verəm. :))) Ardı »