Ümumi Letifeler → Ritmex
Ritmex hər gün kafeyə gedir.
Hər dəfə də 3 rumka araq içib çıxıb gedirmiş. Bu, bir qarsonun diqqətini çəkir və bir gün qarson ondan soruşur:
- Siz niyə hər gün məhz 3 rumka araq içirsiz ?
Ritmex isə cavab verir ki, biz 3 qardaşıq və onlar olmadığı üçün mən onların da yerinə içirəm. Bir gün Ritmex gəlir, amma bu dəfə 2 rumka araq içir. Bunu görən qarson təəccüblə soruşur:
- Nə əcəb bu gün 2 rumka içdiniz ? Yoxsa qardaşınızın biri öldümü ?
Ritmex isə deyir:
- Yox, sadəcə olaraq mən öz yerimə içmirəm, çünki mən içkini tərgizmişəm. Ardı »