Orxan Pamuk - "Bəyaz qala" → 4-cü hissə#
Əvvəlcə qardaşlarım, anam və nənəmlə birgə, Empolidəki bağ evimizdə keçirdiyimiz o gözəl günləri ehtiva edən bir neçə səhifə yazdım. Mənim niyə mən olduğumu izah etmək üçün bu şeylər haqqında yazmağı qarşıma açıq şəkildə məqsəd qoyduğumu bilirdim, bəlkə də, bu hal itirdiyim o gözəl günlərə qarşı olan həsrətimdən qaynaqlanırdı, üstəlik, hirslə dediyim o sözdən, qəzəbdən sonra Xoca məni o qədər bu işə məcbur eləmişdi ki, eynən indi etdiyim kimi, təfərrüatlarını bəyəndirməyə çalışaraq, oxucunu inandıracağım şeyləri düşünərək yazmaq məcburiyyətindəydim. Amma Xoca əvvəlcə yazdıqlarımı bəyənmədi, bunlar hamının fikirləşib yaza biləcəyi şeylərimiş, aynaya baxıb düşünərkən edilənlərin bunlar olduğuna inanmırmış, mənim Xocada əskikliyini gördüyüm cəsarət hissi Ardı »