Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Süleyman Sani AxundovNə üçün

Nə üçün

Axşamçağı, 1905-ci il yanvarın 8-də, Vasilyevski cəzirəsi küçələrindən birində uçuşan, sovrulan qarlarla əlləşərək, şiddətli dondurucu ruzgarlarla boğuşaraq, işçi
bir qadın mənzilinə qayıdırdı. Bu qadının çöhrəsində bir məyusluq görünürdü, onu gözləyən ac uşağına bir parça da olsa çörək tapmamışdı, kiçik qızcığazının yanına əliboş gedirdi.

Qadın gəlib mənzilinə çatdı. Donmuş əli ilə qapını döydü. Balaca Lena çox çətinliklə qapının cəftəsini açıb anasını içəri buraxdı.

- Anacığım, yemək gətirdinmi? - deyə uşaq soruşdu.
- Toxda, balacığım, qoy donmuş əzamı bir isidim, - deyə Vera üst paltarını çıxarıb bir mitil əsgi yorğana büründü, lakin qapı və pəncərə arasından soxulan
ruzgar rütubətli, soyuq və balaca otağı elə soyutmuşdu ki, Vera yorğanın Ardı »