Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

FilimlerKəndim+nizə qayıdın!? (film, 2007)

[color=#c238dd]Məzmun
Filmdə hadisələr can üstdə olan Ziyadхan kişinin (Rauf Şahsuvarov) öz övladlarını başına yığması ilə başlayır. İllərlə atalarına baş çəkməyən, хüsusən də analarının ölümündən sonra ataları ilə maraqlanmayan övladların fərsizliyi, naхələfliyi ifşa edilir. Filmdə ən acınacaqlı hal ölüm ayağında olan Ziyadхan kişinin adicə kəlimeyi-şəhadətini də bilməməsidir. Lakin ingilis Maykl (Elman Rəfiyev) həm türkcə təmiz danışır, həm də müsəlmanın kəlimeyi-şəhadətini yaхşı bilir. Bu isə əcnəbilərin bizi özümüzdən daha yaхşı tanıdığına ünvanlanan uğurlu ştriхdir. Onun elə azəri qızı Məryəmlə (Aynur Dadaşova) evlənmək istəyi və Ziyadхan kişini Gülnisə arvadla (Brilliant Babayeva) evləndirməsi də əslində bir sıra beynəlхalq siyasi atmacalardan хəbər verir. Elə milli-mənəvi problemləri ortaya Ardı »

FilimlerBalaxanı (film, 1908)

Məzmun
Kinosüjet Bakı həyatından bəhs edir.
[redaktə]
Filmin heyəti
[redaktə]
Filmin üzərində İşləyənlər
Rejissor : Miron Qrossman
Operator : Miron Qrossman Ardı »

FilimlerÖmürdən uzun gecə (film, 1996)

Məzmun
Filmin qəhrəmanı Təvəkkül(Hüseynağa Atakişiyev) vəzifə sahibi, varlı bir adamdır. Lakin başı işə qarışdığından o, ən əziz adamlarını-atasını(Vidadi Əliyev) və bacısını(Kübra Dadaşova) tamamilə unutmuşdur. Atasının xəstəliyinə belə o biganə yanaşır. Lakin bir gecə yata bilmir və bütün gecəni vicdanı ona rahatlıq vermir. Bütün həyatı gözü qabağında canlanır. Gecə ilə atasının evinə gedir. Lakin artıq gecdir. Uzun müddətdir ki, oğlunun laqeydsizliyi ucbatından xəstə yatan atası vəfat etmişdir...
[redaktə]
Film haqqında
Film Hidayətin eyniadlı povesti əsasında ekranlaşdırılmışdır.
[redaktə]
Filmin heyəti
[redaktə]
Film üzərində işləyənlər
Əsərin Müəllifi : Hidayət
Ssenari müəllifi : Vaqif Əsədov(Vaqif Əsəd Firudinoğlu kimi)
Quruluşçu rejissor : Vaqif Əsədov(Vaqif Əsəd Firudinoğlu kimi)
Quruluşçu operator : Əlövsət Aslanov
Quruluşçu rəssam : Adil Azay
Səs rejissoru : Ardı »

FilimlerQəzəbin yumruğu (film, 1972)

Qəzəbin yumruğu (ing. Fist of Fury, kantonca:精武門 (Jing wu men)) — Brüs Linin iştirakı ilə çəkilən döyüş filmidir.Mündəricat [gizlə]
1 Məzmun
2 Rollarda
3 Maraqlı faktlar
4 Xarici keçidlər

[redaktə]
Məzmun

XX əsr. Şanxayın Yaponiya tərəfindən tutulması dövrü. Çen Zhen müəlliminin ölüm xəbərini eşidən kimi məktəbinə geri dönür. Amma bir müddətdən sonra başa düşür ki, onların satqın olmuş və müəllimi zəhərlənərək ölmüşdür. Çen Zhen müəllimini zəhərlədənləri öldürür. Bir müddət keçdikdən sonra isə Çen Zhen yapon döyüş məktəblərinə meydan oxuyur və müəlliminin zəhərlənməsinə əmr verən yapon başçısını öldürmək niyyətinə düşür...
[redaktə]
Rollarda
Brüs Li.......................Hai Tien
Nora Myao Kesyu..........Hakim ("5-ci otaq gözətçisi")
Mariya Yi....................Çarli Vonq
Ceyms Tyan Tszuyan................Kaskual ("3-cü otaq gözətçisi")
Riki Haşimoto......................Hiroşi Suzuki
Robert Beyker......................Petrov Ardı »

FilimlerGünaydın, mələyim! (film, 2008)

Məzmun
Filmin əsas ideyası Qarabağ döyüşlərindən və onun ağır nəticələrindən bəhs olunmasıdır. Çox psixoloji bir süjet üzərində qurulan film şəxsi insanların taleyindən bəhs etsə də, burada insanın ən ali xüsusiyyətləri ön plana çəkilir və onun cəmiyyətdə Tanrı tərəfindən bəxş edilən mənəvi dəyərlərin insan həyatındakı rolu qabardılır.
Filmdə Mədinə adlı bir qızın həyatından, məhəbbətindən danışılır. Onun həyat yoldaşı Qarabağda şəhid olur. Ancaq Mədinə, heç vaxt onu unuda bilmir. Baxmayaraq ki, onunla evlənmək istəyənlər çox olur, gözəl cəlbedici qadın olur, yenə də həyat yoldaşının, sevdiyi idealının fikri ilə yaşayır. Filmdə Mədinənin təkbaşına çırpınaraq yaşadığı keşməkeşli həyatdan, tənhalıq içərisində keçirdiyi iztirablardan, ədalətsizliklərdən bəhs olunur. Gənc qadın Ardı »

FilimlerMumiya qayıdır (film, 2001)

Mumiya qayıdır (ing. Mummy Returns) — 2001-ci ildə istehsal olunmuş Mumiya seriyasının ikinci seriyasıdır.
[redaktə]
Məzmun

1933-cü il.Filmin ilk hissəsində baş vermiş hadisələrdə artıq 10 il keçmişdir. Macərapərəst Rik O'Konnell indi varlıdır. Rik gözəl Evelinlə evlənib və oğlu 7 yaşlı oğlu Aleksin tərbiyəsiylə məşğuldur. Amma tale bu xoşbəxt ailəyə rahatlıq vermir. Qəddar kahin İmhotep Ank-Su-Namunun köməyi ilə Reinkarnasiya edilərək dirilmişdir. Balaca Aleks Londonda əlinə Am-Şerə gedən yolu göstərən taxmacığı taxan zaman mumiyalar tərəfindən keçirilir. İndi Rik, Evelin Aleksi xilas etmək üçün cəmi yeddi günləri var... Ardı »

FilimlerAbsurdistan (film, 2008)

Məzmun

Asiya və Avropa arasında olan bir yerdə sehrli "Absurdistan" kəndi yerləşir. Bu kənddə qadınların hələ ki, ən böyük problemi barmaqlarını tərpətmək istəməyən, səhər tezdən çayxanaya qaçan, təkcə gecə qadınların yatağına soxulmaqda mahir olan tənbəl kişilərdir. Amma bundan əlavə kənddə su problemi də var. İllər öncə çəkilmiş boru paslanıb və kəndə çatan yeganə su şırnağı get-gedə nazilir. Filmin baş qəhrəmanları Aya və Temelko bir-birini lap bələkdən tanıyır. Onlar birlikdə böyüyüb və bu gənclərin bir-birini sevməsinə, qovuşacağına kənddə kimsə şübhə etmir. Amma bədbəxtlikdən ulduz falını yaxşı bilən nənə onların ilk gecəsinin yalnız 4 ildən sonra- iyulun 11-də gələcəyni deyir. Bu illər ərzində kəndə Ardı »

FilimlerSürəyyanı daş-qalaq etmək | The Stoning of Soraya M.

Soraya Manutchehri 1950-ci ildə İranda doğulub. 1986-cı il 15 avqustda əxlaqsızlıq edildiyi iddiasıyla daş-qalaq edilərək öldürülüb.
Yalançı şahidlərin ifadəsiylə vəhşicəsinə öldürülən bu qadının günahsız olduğunu bir çoxları bilir. Ancaq ərinin və ona yaxın bir neçə insanın, eyni zamanda kəndin mollasının (şah rejimi zamanında uşaqbazlıq üstündə həbsə atılmışdı) şahidliyi insanlıqdan kənar bu hadisəni qaçınılmaz edir.

Rəcmdən bir gün sonra kəndə gələn fransız əsilli iranlı jurnalist Freidoune Sahebjamın sayəsində Sürəyyanın yaşadıqlarını bütün dünya bilir. Belə ki, Sürəyyanın qohumu Zəhra hadisəni olduğu kimi ona danışır. O da 1994-cü ildə “The Stoning of Soraya M.” – “Sürəyyanı daş-qalaq etmək” adlı kitab çıxarır. 2008-ci ildə isə eyniadlı Ardı »