Filimler → Nizami (film, 1982)
Məzmun
Film-pritça dahi Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuşdur.
Filmdə şairin obrazı, o uzaq illərdə Azərbaycan xalqının siyasi və sosial həyatının ab-havası, insan münasibətlərinin mürəkkəb dünyası öz əksini tapmışdır. Bu film insanın tarixdə rolu, onun adamlar qarşısında borcu haqqında düşüncələrdir. Nizaminin mənəvi idealı ilə reallıq arasında uyğunsuzluq şairin insana və ədalətə inamını qıra bilməmişdir.
[redaktə]
Festivallar və mükafatlar
1)1983-cü ildə Leninqradda XVI Ümumittifaq kinofestivalı
Dahi Azərbaycan şairinin humanist pafosunun ekran təcəssümünə görə rejissor Eldar Quliyevə Priz verilmişdir.
2)1984-cü ildə Daşkənddə Asiya, Afrika və Latın Amerikası ölkələrinin Beynəlxalq kinofestivalı
Film Özbəkistan Yazıçılar İttifaqının Diplomu və Özbəkistan Nazirlər Sovetinin Diplomuna layiq görülmüşdür.
[redaktə]
Səhv
Filmin əvvəlində Nizami küçə ilə yeriyir və yerə Ardı »