Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

FilimlerSifarişçi (film, 2000)

Məzmunu
Ağır xəstəliyə düçar olan bir nəfər(Ötkəm İsgəndərov) ağrılara dözməyib öz ölümünə qərar verir. Lakin killer(Kazım Həsənquliyev) onu qətlə yetirməyə hazırlaşdığı son anda xəstə fikrindən daşınır. Beləliklə də yaşamaq yanğısı, həyatın gözəlliyi ölümə qalib gəlir.
[redaktə]
Film haqqında
Film yazıçı Natiq Rəsulzadənin eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır.
[redaktə]
Filmin heyəti
[redaktə]
Filmin üzərində işləyənlər
Quruluşçu rejissor : Elnur Mehdiyev
Ssenari müəllifi : Natiq Rəsulzadə
Quruluşçu operator : Şərif Şərifov
Quruluşçu rəssam : Ağaəli İbrahimov
Səs operatoru : Nataliya Nuriyeva
Musiqisindən İstifadə edilən Bəstəkar : Yanni
[redaktə]
Rollarda
Ötkəm İsgəndərov-Sifarişçi
Mehriban Xanlarova-Sifarişçinin sabiq sevgilisi
Kazım Həsənquliyev-Killer Ardı »

FilimlerUşaq oyunu (film, 1988)

Uşaq oyunu (ing. Child's Play) - 1988-ci ildə istehsal olunmuş ABŞ filmidir. Filmin premyerası 9 Noyabr 1988-ci ildə olmuşdur.Mündəricat [gizlə]
1 Məzmun
2 Saundtreklər
3 Mükafatlar
4 Ölkələrdə çıxış tarixi
5 Digər dillərdə
6 Filmin gəliri
7 İstinadlar
8 Xarici keçidlər

[redaktə]
Məzmun

9 noyabr 1988-ci il. ABŞ-ın Çikaqo ştatında Çarlz Li Rey adlı qorxulu qatil Mayk Norris adlı detektiv polisə atəş açır. Atəş açılanda Li Rey oyuncaq dükanına girməyi bacarır. Rey Vudu dininnə inanır. Bu səbəbdən oyuncaq dükanına girdikdən sonra Rey ruhunu "a good guy" adlı oyuncaqların birinə verir. Onun ruhu oyuncaqda qalır. Ruhunun oyuncaqdan çıxması üçün təkrar canlı qurban axtarmalıdır. Oyuncağın adı isə "Çaki" olur...
[redaktə]
Saundtreklər
"Opening Chase (Main Titles Ardı »

FilimlerMəkanın melodiyası (film, 2004)

[color=#fe5e5e]Məzmun
80 yaşlı violençelist - Murad(Ələddin Abbasov) özünün ad günündə, ömrünün boş və hədər keçdiyini hiss edib sarsılır. Gəncliyindən bəri ürəyində gəzdirdiyi melodiyanı heç cür tamamlaya bilməyən qəhrəmanın fikrindən hətta intihar da keçir. Amma parkda təsadüfən rastlaşdığı Rəna(Ayan Mirqasımova) ilə tanışlığı onu bu fikirdən daşındırır. Çünki özünün xərçəng xəstələyinə tutulduğundan şübhələnən rəqqasə Rəna da, az qala intihar ərəfəsindədir. Bunu bilən Murad o cavan qadının xilaskarına çevrilir. Rəna isə bu xeyirxah qocanın haçansa gənclik illərində ilk baxışdan görüb sevdiyi, amma iradəsizlik göstərib həmişəlik itirdiyi Minanın axtarışına çıxır. Bu, həm də o nakam sevginin ifadəsi olan itirilmiş melodiyanın axtarışıdır. Tamaşaçının bir çox dramatik məqamlarıyla Ardı »

FilimlerÜzüklərin ağası: Üzük qardaşlığı (film, 2001)

Üzüklərin Sahibi:Üzük Qardaşlığı (ing. The Lord of the Rings: The Fellowship of the Ring) rejissor Piter Ceksonun çəkdiyi 3 filmdən birincisidr. Film ekranlara 2001-ci ildə buraxılmışdır. C. R. R. Tolkinin eyniadlı fantastik roman üçlüyünün birinci kitabı əsasında çəkilmişdir. Kitabda çok sevilən Tom Bombadil obrazının filmdə yer almaması kitabın fanatlarını çox üzmüşdür. Filmin qazancı ABŞ-da 313364114 $, dünyada isə 556592194 $ olmuşdur. Ümumi isə 871368364 $ gəlir əldə etmişdir. ABŞ-da premyerasının birinci həftəsində 47211490 $ toplamışdır.
[redaktə]
Rollarda
Eliya Vud
Yan Makkellen
Liv Tayler
Viqo Mortensen
Şon Astin
Keyt Blanşet
Con Rays-Devis
Billi Boyd
Dominik Monaxan
Orlando Blum
Kristofer Li
Hüqo Uivinq Ardı »

FilimlerHacı Qara (film, 2002)

Məzmun
Burada təkcə xəsisliyin ifşasından söhbət getmir. Ekran əsərində xalqımızın istək və arzularını, həyat tərzini, milli adət-ənənələrini əks etdirmək müəlliflərin əsas qayəsi olmuşdur. Filmdə yadelli, nankor ermənilərin zaman-zaman Azərbaycanın münbit torpaqlarına köçürülməsinə, yüksək çinli rus məmurlarının xalqımıza qarşı yeritdiyi müstəmləkə siyasətinə etiraz işarələri vardır. Bu ştrixlər personajların dialoqlarında və xarakterlərində daha qabarıq verilmişdir.
Film əvvəldən axıradək bəstəkar Arif Məlikovun şux, oynaq musiqisi ilə, ayrı-ayrı obrazlar üçün yazdığı duzlu, məzəli mahnılarla müşayiət olunur. Heydər bəylə(Elnur Mehdi) Sonanın(Günel Həsənzadə) lirik məhəbbət əhvalatı filmin leytmotivini təşkil edir. Film Şərq, o cümlədən Azərbaycan kinosu üçün xarakterik olan xoşbəxt sonluqla bitir.
[redaktə]
Film haqqında
Film Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun Ardı »

FilimlerAzadlıq adasının elçiləri Azərbaycanda (film, 1968)

Məzmun
Film Azərbaycanda Kuba mədəniyyət öngünlüyünə həsr olunmuşdur.
[redaktə]
Filmin Heyəti
[redaktə]
Filmin üzərində İşləyənlər
Rejissor : Niyazi Bədəlov
Ssenari müəllifi : Maqsud İbrahimbəyov
Operator : Mehman Dadaşov, Vladimir Zbudski, Maqsud Əliyev
Musiqi Tərtibatı : Şamil Kərimov
Səs operatoru : Şamil Kərimov Ardı »

FilimlerBur Xəzərə hücum edir (film, 1967)

Məzmun
Televiziya elmi-kütləvi filmidir. Bu, "Abşeron" üzən qazma qurğusu haqqında sinxron reportajdır.
[redaktə]
Filmin heyəti
[redaktə]
Film üzərində işləyənlər
Rejissor : Cahid Nəzərov
Ssenari müəllifi : Adil İsgəndərov (II) (Şvartskopf) Ardı »

FilimlerJan Mare...

XX əsrin 50-60-cı illərində dünya ekranlarında nümayiş olunmağa başlayan "Qraf Monte-Kristo", "Parisin sirləri", "Kapitan Frakass" və " Fantomas" macəra trilogiyası bu gün də çox maraqla baxılır. Adıçəkilən ekran əsərlərinin sevilməsinin əsas səbəblərindən biri baş qəhrəman rollarını məharətlə oynayan dünya kinosunun parlaq ulduzlarından olan məşhur fransız aktyoru Jan Maredir.
Çəkildiyi filmlərdə romantik qəhrəman obrazlarını yaradan Mareni haqq və ədalət uğrunda, zəif və kimsəsizləri müdafiə etmək üçün şər qüvvələrə qarşı hər an döyüşə atılmağa hazır olan mərd və cəsarətli cəngavər kimi görürük. At çapmaq, qılınc oynatmaq, qeyri-bərabər qüvvələrlə yumruq davasından geri çəkilməyən aktyor, sanki bu cür obrazları yaratmaq üçün yaranmışdı. Həqiqətən belə rolları oynamaq Ardı »