[color=#fe5e5e]Məzmun
Burada çox mühüm mənəvi məsələlərə toxunulmuşdur: insan, onun mənəvi təmizliyi, öz ləyaqəti uğrunda mübarizəsi.
Filmdə pulun hakim olduğu bir ölkədə təmiz adamın ağır taleyindən danışılır.
Gənc vəkil Əhmədə(Qriqore Qriqoriu) doğruluğuna, təmizliyinə görə "Qəribə Adam" ləqəbi verilir. Pulun hakim kəsildiyi, rüşvətxorluğun geniş yayıldığı, əşya azarının epidemiya xarakteri daşıdığı cəmiyyətdə ağır sınaqlara düçar olan, beləliklə də sarsılıb ruh düşkünlüyünə qapılan Əhməd həyata inamı itirir. Bəlkə də səhv etdiyini, yanıldığını düşünən vəkil natəmiz adamlar cərgəsinə qoşulur. Lakin bu yad mühitə uyğunlaşmağa, mənəvi saflığına, təmizliyinə axıradək xəyanət etməyə, vicdanının səsini susdurmağa Əhmədin gücü çatmır. Çünki o, təbiətən başqa adamdır.
Belə sarsıntılar keçirdiyi bir vaxtda fəhlə Səlim(Q. Səlimov) Əhmədin Ardı »