Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aktyorlarİlyas Əhmədov

Əhmədov İlyas Əhməd oğlu (d.1978) - AktyorMündəricat [gizlə]
1 Həyatı
2 Filmoqrafiya
3 Mənbə
4 Həmçinin bax

[redaktə]
Həyatı

Əhmədov İlyas Əhməd oğlu 5 aprel 1978-ci ildə anadan olub.

2003-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 2004-cü il oktyabrın 4-də Akademik Milli Dram Teatrına, əvvəlcə müqavilə ilə, 01.11.2005-ci ildə isə ştata aktyor götürülüb. Teatrın səhnəsində aşağıdakı rolları oynayıb: Qaçay ("Rəqabət", Bəxtiyar Vahabzadə), Nağıl ("Ölüləri qəbiristanlıqda basdırın", İsmayıl Şıxlı), oğlan ("Uçqun", Tuncer Cücenoğlu), Bağır ("Dirilən adam", Mir Cəlal) və kütləvi səhnələr. 2012-ci ildə "Qatil" tamaşasının məşqləri zamanı baş verən anlaşılmazlıqlara görə öz ərizəsi ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrını tərk Ardı »

AktyorlarAmid Qasımov

Amid Füzuli oğlu Qasımov — Azərbaycan aktyoru.
[redaktə]
Həyatı

Amid Füzuli oğlu Qasımov 10 dekabr 1983-cü ildə Ağdamda anadan olub.

ADMİU-nun musiqili komediya aktyoru ixtisasında təhsil alıb (2002-2006).

Bakı Uşaq Teatrında çalışıb (2000-2002).
[redaktə]
Filmoqrafiya
Küçələrə su səpmişəm (film, 2004)
2 (film, 2008)
Teatral həyat (film, 2009)
Döngələr (2012)
Ardı »

AktyorlarVladislav Qalkin

Vladislav Qalkin 25 dekabr 1971 Moskva və ya Leninqrad, SSRİ - 25 fevral 2010, Moskva (rus. Владислав Галкин);əsl soyadı Suxaçov,Boris Qalkin(atalığı) və Yelena Demidovanın oğlu.

Troyekur qəbiristanlığında Semyon Farada, Yuriy Stepanov və İqor Starıginin yanında dəfn edilmişdir.
[redaktə]
Filmoqrafiya
1981 — Tom Soyer və Heklberri Finnin macəraları — Heklberri Finn
1984 — Bu mənfur Sidorov — Аlyoşa Sidorov
1984 — Qeydiyyatsız yük — kiçik qardaş
1986 — Qızıl zəncir — Sendi Prüel
1987 — Oğul (film) — «Xuliqan»
1988 — Aborigen — Borka Xromov
1992 — Oyun
1997 — Noxud üstundə oturan Şahzadə — sürücü Vladik
1999 — Voroşılov atıcısı — Sahə müvəkkili Alekseyev
2000 — 44-cü ilin avqustunda… — Baş leytenant Tamantsev (Film Ardı »

AktyorlarƏşrəf Yusifzadə

Əşrəf Yusifzadə. Aktyor.
[redaktə]
Həyatı

Romantik aktyor məktəbinin qabil sənətkarlarından olub. Realist səpkili tamaşalarda da romantik monumentalizmə meyil göstərib. Coşğun səhnə ehtirası, daxili temperamenti, gur səsi, qaynar psixoloji aləmi, pafoslu danışıq ahəngi kiassik faciə obrazlarının və çağdaş romantik duyğulu xarakterlərin səhnə təcəssümündə daha qabarıq nəzərə çarpıb. Qəhrəman surətlərdə qazandığı nailiyyətlərlə yanaşı, mürəkəb psixoloji personajları da məharətlə oynaya bilib. Daxili aktyorluq harınoniyasını plastik hərəkətlərdə ustalıqla təcəssüm etdirməyi bacarıb. Zəngin mimika ifa vasitələri mənimsəmişdi. Romantizmi və emosionallığı həssaslıqla öz oyununda çuğlaşdırırdı. Yaradıcılığının ən parlaq mərhələsi Gəncə Dövlət Dram Teatrı ilə bağlı olan Əşrəf Əmrah oğlu Yusifzadə 5 dekabr 1906-cı ildə Şərur rayonunun Sərxanlı kəndində doğulub. On Ardı »

AktyorlarCo Pantoliano

Cozef Piter "Co" Pantoliano (ingiliscə Joe Pantoliano 12 sentyabr 1951)[1] — amerikan film və televiziya aktyoru. «Emmi» mükafatının sahibi.[2] Əsasən Matriks və Suvenir filmlərindəki satqın rolları məharətlə canlandırdığına görə məşhurluq qazanmışdır. Yüzdən çox film və serialda çəkilib.Mündəricat [gizlə]
1 Bioqrafiya
1.1 Karyera
2 Mükafatlar
3 İstinadlar
4 Xarici keçidlər

[redaktə]
Bioqrafiya

Co Pantoliano 12 sentyabr 1951-ci ildə ABŞ-ın Hoboken şəhərində, italyan ailəsində anadan olub. Hal-hazırda keçmiş model xanımı Nensi Şepard və dörd övladı ilə birlikdə yaşayır.[3]
[redaktə]
Karyera

1987-ci ildə o, Stiven Spilberqin "Günəş imperiyası" filmində Frenk Demarast rolunda çəkilir. 1999-cu ildə məşhur Matriks üçlüyündən birinci hissəsində baş rollardan birini, Sayfer rolunu ifa edir.

2003-cü ildə Pantoliano Soprano ailəsi teleserialındakı Ardı »

AktyorlarƏləsgər Şərifov

Həyatı

Azərbaycan teatrının tanınmış rejissorlarından olan Ələsgər Məmmədtağı oğlu Şərifov 25 dekabr 1909-cu ildə Şamaxıda imkanlı ailədə doğulub. Onun altı yaşı olanda ailəsi Bakıya köçüb və Ələsgər burada təhsil məktəbinə gedib. Həmin illərdə Bakı teatrının ən görkəmli simalarından biri, aktyor və rejissor, təşkilatçı Abbasmirzə Şərifzadə Ələsgərin əmisi oğlu idi. Təbii ki, bu, onun qəlbində səhnə sənətinə maraq oyanmasında mühüm rol oynayıb. Ələsgər Şərifov Bakıda Nəriman Nərimanov adına texnikumun elektromexanika fakültəsinin axşam şöbəsinə daxil olub. Eyni zamanda 1923-cü ildə açılan teatr texnikumunun ilk tələbələri sırasında təhsil alıb. Tələbəlik illərində Mustafa Mərdanovun, Mirseyfəddin Kirmanşahlının, Süleyman Səlimbəyovun ayrı-ayrı vaxtlarda rəhbərlik etdikləri Şvarts adına klubun dram Ardı »

AktyorlarRafiq Əzimov

[color=#fe8c8c]Rafiq Əşrəf oğlu Əzimov (06.02.1938, Bakı) – Azərbaycan aktyoru.Mündəricat [gizlə]
1 Həyatı
2 Rolları
3 Filmoqrafiya
4 Mənbə
5 Həmçinin bax

[redaktə]
Həyatı

Əzimov Rafiq Əşrəf oğlu 6 fevral 1938-ci ildə Bakıda anadan olub.

Rafiq Əzimov 10 sentyabr 1962-ci ildə Akademik Milli Dram Teatrının truppasına qəbul olunub. O, dövrdən fasiləsiz olaraq bu teatrın səhnəsində çalışır.
[redaktə]
Rolları
Kalendario "Dəlilər" (Lope de Veqa),
Mirzə Hüseyn "Toy", (Sabit Rəhman),
Zəki "Yalan", (Sabit Rəhman),
Qasım "Nişanlı qız" (Sabit Rəhman),
Filon "Antoni və Kleopatra" (Uilyam Şekspir),
Boraçio "Heç nədən hay-küy" (Uilyam Şekspir),,
Həkim "Maqbet" (Uilyam Şekspir),,
Rozenkrans "Hamlet" (Uilyam Şekspir),,
Hersoq Albani "Kral Lir" (Uilyam Şekspir),
Əhməd "Köç" (C.F. Başqut),
Anton "Şeyx Sənan" (Hüseyn Cavid),
Kiçik zabit "İblis" (Hüseyn Cavid),
Arşaq, Vəzir və Vidadi "Vaqif" (Səməd Vurğun),
Sərkis Ardı »

AktyorlarLütfəli Abdullayev

Abdullayev Lütfəli Əmir oğlu — Azərbaycan aktyoru, Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yaradıcılarından biri, milli xalq oyun-tamaşalarının gülüş estetikasını bacarıq və həssalıqla mənimsəmiş, vəziyyət komediyalarında oynamağı xoşlayan, məsxərə hərəkətləri ilə mimika-jest ifadə vasitələrindən obrazın komik xarakterini açmaq üçün istifadə edən aktyor.Mündəricat [gizlə]
1 Həyatı
2 Filmoqrafiya
3 Mənbə
4 Həmçinin bax
5 Xarici keçidlər

[redaktə]
Həyatı

Lütfəli Abdullayev 1914-cü il 22 martda Nuxa şəhərində (indiki Şəki) doğulub. Oradakı yeddillik məktəbi bitirib. Bir neçə ay Şəki fəhlə gənclər klubunun dram dərnəyində çalışıb. Burada kiçik məsxərələrdə və tərcümə olunmuş, təbdil edilmiş vodevillərdə oynayıb.

1928-ci ilin sentyabrında Bakıya gələn Lütfəli Abdullayev Dövlət konservatoriyasının valtorna sinifinin məşğələlərində iştirak etməyə Ardı »