Aktyorlar → Fazil Salayev
Aktyor. Film səsləndirən. Arxiv kadrlar. "Azərbaycanfilm"də çəkilən bir neçə filmdə yaddaqalan obrazlar yaradıb.
[redaktə]
Həyatı
Kiçik rolların böyük ifaçısı. Əslində Fazilin arzuları böyük idi, o, səhnədə də, ekranda da oynamadığı, arzusunda olduğu çox rollar qoyub getdi. Fazili görənlər, onunla yaxınlıq edənlər yaxşı bilirlər ki, o, həqiqətən, çox istedadlı, sənətə ürəkdən bağlı bir aktyor idi. Deyillər ki, Fazil Salayev heç özü də baş rollar istəmirdi. Deyirdi ki, mənə kiçik rollar verin, mən onları böyük rollar səviyyəsinə qaldıra bilərəm. Doğrudan da, elə filmlər var ki, Fazillə yadda qalır, onun rolları tamaşaçıda əsl mənada filmə maraq oyadır.
Fazil Salayevin rolları kiçik olsa da, bütövdür. Onun "kiçik" qəhrəmanlarında bir Ardı »