Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ş hərfi → ŞƏRBƏT

Yuxuda görülən şərbətin rəngi sarı olarsa-xəsətlik əlamətidir. Gül, bal, gilənar, nar, üzüm və s.meyvələrin şərbətini içmək-sağlamj bədənə malik olduğunuzu göstərir, yaxud da zərərli meyllərdən çəkingən olduğunuza işarə sayılır. Ardı »

Ş hərfi → ŞABALID

Xeyrə yozulmur. Röya sahibini, ya da yaxın bir adamının səhhəti üzücü bir şəkildə pozulacaqdır. Ardı »

Ş hərfi → ŞEYTAN (cin)

Röyada şeytan-hiyləgər, həris, etinasız bir düşmən, bəzən də, yalan və şəhvət anlamındadır.
Yuxuda şeytan görən adam kafir, aravuran, qısqanc və paxıl adamdır.
Şeytandan qorxduğunu görən adam Allahın nəzərində yaxşı üzüyola bir quldur.
Şeytan, bəzən də, sözü üzə deməyən, adamın arxasınca danışan, dedi-qodu, bədniyyət kimsələrə işarə sayılır.
Röyada şeytan olduğunu görən kimsə insanlara əziyyət verən və bundan zövq alan bir adamdır. Bu yuxu-dinindən dönməyə, yolunu azmağa da yozulur. Ardı »

Ş hərfi → ŞORBA

Röyada şorba içmək-aylığınızın artacağına, son zamanlar girişmiş olduğunuz işin yaxşı nəticələr verəcəyinə yozulur. Ardı »

Ş hərfi → ŞƏHƏR

Röyada bir şəhərə girdiyini görən kimsə qorxduğu şeydən əmin olar.
Bir şəhərə girmək və onu dağılmış görmək-alimlərin, bilginlərin yoxluğuna işarədir.
Gözəl, yaraşıqlı, abad şəhər görmək-gözləmədiyiniz bir yerdən ruzi, var-dövlət əldə edəcəksiniz.
Yuxuda şəhər-əmin-amanlığı, dostlarla görüşməyi, dünya işlərinə maraq göstərməyi ifadə edir.
Gözəl adı olan şəhər görmək-xeyirxahlığa, xoş xəbərlərə yozulur.
Tanımadığınız bir şəhərə girmək-arzunuza çatacaq, ya da bir yerə vali olacaqsınız. Ardı »

Ş hərfi → ŞƏHİD

Yuxuda bir şəhidi diri olaraq görmək-o şəhidin getdiyi yolun gözəl olduğuna yozulur. Şəhidi diri görmək, eyni zamanda, o kimsənin Cənabi-haqqa yaxınlığına işarədir. Ardı »