Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

S hərfi → SƏDƏQƏ VERMƏK

Xeyrə yozulan yuxulardandır. Yetim-yesirə verilən sədəqə-doğru və gerçək sözə yozulur. Halal malından sədəqə vermək-röya sahibinin var-dövləti bol və bərəkətli olar. Ardı »

S hərfi → SƏRHƏD

Yuxuda özünü bir sərhəd bölgəsində görmək-ev əşyalarınızdan bir şeyin əskiləcəyini xəbər verir. Ardı »

S hərfi → SƏRGİ

Röyada gül-çiçəkli bir bağda açılmış sərgi, yarmarkada gəzmək gözəl şeylər görüb tamaşa etmək-yaxın vaxtlarda böyük sərvət sahibi olacağınızı xəbər verir. Sərgidə alış-veriş etmək-gələcəkdə əyləncəli və sevinc dolu bir həyata yozulur. Sərgidə bir şeyi nümayiş etdirmək-şərəf və etibar sahibi olduğunuzu göstərir. Ardı »

S hərfi → SALLAQXANA

Röyada sallaqxana görmək-yaxın günlərdə qohum-əqraba arasında heç nədən və mənasız dedi-qodu üzündən inciklik, umu-küsü yaranacaq. Ardı »

S hərfi → SƏNƏTKAR

Yuxuda özünü və başqasını rəssam, yaxud heykəltaraş olaraq görmək-cavan oğlan üçün bu röya çətin bir işin öhdəsindən uğurla gələ biləcəyinə, rəqibini asanlıqla yenə biləcəyinə yozulur. Ardı »

S hərfi → Sancaq görmək

Yuxuda sancaq görmək ailə münaqişələri və çəkişmələrindən xəbər verir. Gənc qadına belə yuxu sevgilisinin onunla kobud rəftar edəcəyinə işarədir. Əgər yuxuda sancaq udmusunuzsa, real həyatda hansısa fövqəladə vəziyyətlər sizi riskli şərtlər qəbul etməyə məcbur edəcək. Yuxuda sancaq itirmək itki və davaların olacağına işarədir. Əyilmiş və paslanmış sancaq o deməkdir ki, sizin yüngül hərəkətiniz hörmətdən düşməyinizə səbəb olacaq. Əgər sancaq bədəninizə batırsa, bu, kiminsə sizin əsəblərinizə toxunacağına işarədir. Ardı »

S hərfi → Sümük görmək

Yuxuda sümüklərinizin dərinizdən çıxdığını görmək o deməkdir ki, dostlarınızın satqınlığı və xəyanəti sizi mənəvi cəhətdən sarsıtmağa hazırdır. Sümük qalağı görmək aclıq və fəlakətli hadisələrə işarədir. Ardı »

S hərfi → SƏSVERMƏ

Yuxuda səs verdiyini, seçki vərəqəsini yazdığını görən kişi işində yüksələcək, iqtidar olacaq. Qadın üçün bu röya-xoş və əylənəcli gəzintidir. Ardı »