Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Q hərfiQadınlar görmək

Yuxuda qadınlar görmək intriqalardan xəbər verir. Qadınla mübahisə etmək o deməkdir ki, sizi aldadacaqlar və planlarınız korlanacaq. Yuxuda qarabuğdayı, mavigözlü, fındıqburun qız görmək sizin mübarizədən çəkilməyinizə və qələbə şansını itirəcəyinizə işarədir. Əgər qadının qızılı-şabalıdı, tünd-kürən və yaxud qırmızı-qəhvəyi saçları və dik burnu varsa, belə yuxu sizə əlavə çətinliklər və narahatlıqdan xəbər verir. Əgər o sarışındırsa, bu yuxu sizin yalnız xoş və arzuladığınız işlə məşğul olacağınıza işarədir. Ardı »

Q hərfiQamış görmək

Yuxuda bitən qamış görmək xoşbəxtlik və uğura gedən yolda müvəffəqiyyətli addımlardan xəbər verir. Kəsilmiş qamış görmək uğursuzluqlar və bütün işlərdə maneələrə işarədir. Ardı »

Q hərfiOmlet – qayğanaq görmək

Yuxuda omlet hazırlamısınızsa, bu sizə qarşı istifadə olunacaq yalan və ikiüzlülüyə işarədir. Yuxuda omlet yemək etibar etdiyiniz adam tərəfindən aldadılacağınıza işarədir. Ardı »

Q hərfiQOV

-Röyada qovlu çaxmaqdan istifadə etmək-işdə uğur qazanılacağına yozulur. Ardı »

Q hərfiQUDUZ

Röyada quduz it görmək-bəzi olaylardan və adamların hərəkətlərindən gərəksiz yerə əndişəyə düşdüyünüzü və bu səbəbdən də yanlış davranışlara yol verdiyinizi, qorxunuzun əbəs olduğunu göstərir. Ardı »

Q hərfiQaranlıq, çıxışı olmayan otaqlar görmək

Çıxışı olmayan otaqlar ana bətnini təcəssüm etdirir. Yuxuda belə otaq görmək ananızla sizin aranızdakı müstəqillik və nüfuz uğrunda münaqişələrə işarədir. Otaqda təhlükədə olub olmadığınızı, orada olmağınızdan məmnunluğunuz və ya narazılığınızı müəyyən etməyə çalışın.Ola bilsin ki, sizi əsassız olaraq, müəyyən məqsədlərə çatmaq üçün bu otaqda saxlayırlar. Otaqdan çıxmaq istəyirsiniz? Otaqda qalmaq sizə zövq yoxsa əzab verir?Bu suallara cavablar yuxuyozmalar üçün mühüm əhəmiyyət kəsb edir.Qaranlıq otaqda nə hiss edirsiniz –sakitlik, rahatlıq, yoxsa qorxu və çaşqınlıq? Sakitlik hissi sığınacaq, analıq dəstəyi, köməyini simvolizə edir. Qorxu və çaşqınlıq şəxsiyyətin arxetip təşəkkülü ilə nüfuz itkisinə (sizin və ya ananızın) işarə ola bilər. Ardı »

Q hərfiQardaş, bacı uşaqları görmək

Yuxuda qardaş, bacı uşaqları görmək o deməkdir ki, tezliklə varlanacaqsınız (əgər uşaq yaraşıqlıdırsa və yaxşı görünürsə). Əks təqdirdə, sizi narahatlıq və məyusluq gözləyir. Qadın yuxuda bacısı və ya qardaşı uşağını görübsə, onu həyatda böyük məyusluqlar və bundan mətanətlə, əzmlə çıxmaq gözləyir. Ardı »