Yuxuda pişik görmək uğursuzluqdur. Əgər pişik üstünüzə atılırsa, sizi məhv etmək üçün əlindən gələni əsirgəməyən düşmənləriniz olacaq. Pişiyi qovursunuzsa, dalınca qaçırsınızsa, yaxşı əlamətdir. Böyük maneələri aradan qaldıraraq taleyiniz üzünüzə güləcək. Yuxunuza arıq, çirkli pişik giribsə, səfeh xəbərlər gözləyin. Dostlarınızdan kimsə ağır xəstədir, lakin yuxuda pişiyi qovub rədd etməyə müvəffəq olursunuzsa, dostunuz sağalacaq. Pişiklərin miyoldaması, ciyiltisini eşitmək sizə pislik etmək istəyən yalançı dostunuzun olduğuna işarədir. Yuxuda pişik sizi cırmaqlayıbsa, uzun müddət çalışdığınız işdən gələn gəliri düşmənləriniz əlinizdən alacaq. Gənc qadın yuxuda əlində pişik və ya pişik balası tutubsa, hansısa çirkin işə cəlb olunacaq. Yuxuda təmiz, ağ pişik görmək qeyri-müəyyənlik, dolaşıqlıq, vəziyyətinizin pisləşəcəyinə Ardı »