Xatırlayırsan? Xəyallarımız var idi və ya sadəcə mənim xəyallarım idi, bilmirəm.
Bax o xəyallar yıxıldı bilirsənmi? Sən yıxdın. Halbuki mən nə çox inanmışdım o xəyallara.
Uşaqdım. Safdım. İnandım.
Amma sən məni aldadacaq qədər böyükmüşsən.
Görmədim.Bilmədim.
Bu kiçik qəlb səninlə böyüdü. Sənin verdiyin dərdlərlə, söylədiyin yalanlarla. Gündən günə böyüdü.
Sən görmədin.
Hələ uşaq sandın, təkrar GƏLDİN aldatmağa.
Bacara bilmədin, olmadı.
Bu kiçik qəlbin səni unuda biləcəyinə, sildiyinə, İNANA BİLMƏDİN və getdin. Heç bir söz demədən.
Amma gedərkən o vecinə olmayan hərəkətini görəndə o zaman inandım və anladım ki, sən heç vaxt dəyişməyəcəksən.
Artıq dəyişmə,
GET,
Və bir daha DÖNMƏ
Yaxşı ki, getdin, məni özümlə baş-başa buraxdın.
Keçmişdə "YAXŞI Kİ” olmadın,
Gələcəkdə "KAŞ Kİ” olma deyə,
İndi səndən əl çəkirəm.
"KAŞ Ardı »