Sevgi mesajları → Men Senin Bedeninin Etrini Sevdim..
Mən Sənin baxışını sevdim…
Ağlımı aparan, ürəyimi isidən,
Gözlərimdə oynayan baxışını.
Mən sənin o gözəl saçlarını sevdim,
Dalğalanarkən ətrindən bihuş olduğum saçlarını…
Mən sənin o balaca əllərini sevdim.
O əllər bilirəm ki, titrəyirdi
Mənim məktublarımı oxuyanda.
O əllər utandığını gizlətmək üçün üzünü örtürdü.
O əllərini sevdim…
Mən sənin bədəninin ətrini sevdim.
Axtarıram, tapa bilmirəm o ətri
Heç kimdə yoxdu.
Ehtiyacım olanda mənə təsəlli verdi sözlər
Dünyanın ən xoş, ən dürüst sözlərini eşitdim səndən
O sözlərini sevdim…
Mən sənin duyğularını sevdim.
Baxışından, duruşundan oxundu onlar
Gözlərin yol çəkərkən oxudum duyğularını,
Hər halından oxudum .
Təmiz idi, saf idi onlar.
Mən sənin sədaqətini sevdim.
Heç kimdə görmədim,
Heç bir qadında hiss etmədim,
Çətinlikdə, dar ayaqda varlığından güc aldığım sədaqətini.
Mən sənin nəfəsini sevdim.
İlk ahar çiçəyinə qonan arıları görmüsən?
O Ardı »