Sevgi şerləri → Taleyin Qisməti
Taleyin qisməti rast saldi bizi.
Yolumuz hardasa qirilacaqsa,
İtirəcəyiksə bir-birimizi,
Xatirəm yadinda qalmayacaqsa,
Bu əllər mənimki olmayacaqsa
Bu tellər mənimki olmayacaqsa.
Sən Allah ozünə oyrətmə məni
Hicran qoxusuyla goynətmə məni.
Mən bir az baharli budaq kimiyəm
Bir azda sadəlövh uşaq kimiyəm
Bala anasina qovuşan kimi
Leylek yuvasuna yovuşan kimi
Arı gül-çiçəyə uyuşan kimi
Eh məndə adama tez yovuşanam
Sevgi atəşində tez alışanam.
Amma ki sönməyim çox çətin olur.
Sevgidən dönməyim çox çətin olur.
Öyrətmə özünə, öyrətmə məni.
Bəlkə gözləmirdik bu xoş görüşü,
Yaman qəribədir dünyanın işi.
Heç vaxt yollarında dayanmadığın,
Heç həndəvərində dolanmadıgın,
Gəlib birdən sənə nə şirin olur!
Ömrünün Ardı »