Sevgi şerləri → Az Yalan Danış
Dilindəki yalan özündən böyük
Qəlbində məhəbbət alovu sönük
Nəyi gözləyirsən axı,ay dönük?
Üzündə bahardır,ürəyində qış
Sevmirsən açıb de,az yalan danış.
***
Saxta nəvazişin təsəlli verməz,
Könülsüz öpüşü dodaq istəməz
Əlini çək məndən-dinməz,söyləməz
Yalanların yetər,doğruyla barış
Sevmirsən açıb de,az yalan danış.
***
Səndə qurtul danlaq yağışlarından
Aramsız telefon çağırışlarımdan
Xilas ol şübhəli baxışlarımdan
Sənə yalvarmadım"Mənsiz yan,alış"
Sevmirsən açıb de,az yalan danış. Ardı »