Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sevgi şerləriKimden Gizledirik Bu Mehebbeti

Könlüm səni duyan hər günə aşiq
Bülbül min çiçəkli çəmənə aşiq
Sən məni sevirsən, mən sənə aşiq
Kimdən gizlədirik bu məhəbbəti?

Xəyal göylərində azırıq niyə?
Həsrəti ömürə yazırıq niyə?
Üz-üzə gələndə susuruq niyə?
Kimdən gizlədirik bu məhəbbəti?

Bir sevgi duyulur sözlərimizdə
Hər yolda, cığırda, izlərimizdə.
Qəlbimiz oxunur gözlərimizdən
Kimdən gizlədirik bu məhəbbəti?

Qəmimiz ah olub dağları aşmır,
Sevinc bizdən ayrı gəzib dolaşmır.
Axı sevənlərə yalan yaraşmır
Kimdən gizlədirik bu məhəbbəti?

Baş alıb yol gedir, yolu haradı?
Bəlkə də yolunda qəmlər sıradı
Kimin qarşısında üzü qaradır?
Kimdən gizlədirik bu məhəbbəti?

Başımız üstündə küləklər əsir,
Könlümüz vüsala coşur, tələsir
Tanrıdan sirr deyil, bəndədən nə sirr
Kimdən gizlədirik bu məhəbbəti? Ardı »

Sevgi şerləri``___GETMƏ___``

Möhnətindən öləcəyəm MəN hər gecə,
Mənə qəmli, mənə küskün baxıb getmə.
Nə deyirsən yoxdur tabım dözüm necə?
Gözlərimdən sakit-sakit axıb getmə.


Etinasız Ürəyindən köçəcəyəm,
Bir Yuxuya bir xeyala dönəcəyəm,
Kədər Mənim, Sevinc Sənin böləcəyəm,
Məni Öldür atəşinlə yaxıb getmə.


Çəkər ürək qüssə-kədər qubarını,
Ruzigarın viran etsin baharımı,
Nağıl olsan, sonu hicran belə bitmə
Ötüb ani şimşək kimi çaxıb Getmə...


Zülmünə dözən ürək sevdi səni
Sən sevildin uzaq tutdum səndən qəmi,
Etdiklərin əzab zillət bu sitəmi
Sevgi deyil !!! Sən başıma qaxib getmə.


Divanə. Ardı »

Sevgi şerləriGeri Dönermi

dawa da iz saldi bu capar yolu
damci var yarpaqda yawayir bir az
sen de bir isteksen yarpaq konlume
her getdim deyenden gedergi olmaz Ardı »

Sevgi şerləriAqsin Yenisey - Bagisla

Sənə məktub yazıram
Yazıram ki,
bağışla...
Burda hava pis keçir
Ara vermir yağışlar.

Tək yatıb tək durmaqdan
Bezdirmişəm otağı
Bilirsən..
pinti olur
Yalqızların yatağı.

Yalqızlar az yuyunur
Gəlir yalqızlardan iy
Çayları soyuq olur
Yeməkləri alaçiy.

Çirkli ayaqqabılar...
Dibi yanmış qazança...
Bir qırıq da ümid var
...qayıdacaq haçansa...

Yalqız sabaha baxmır
Arzulayır keçmişi
Çox miskin mənzərədir
Ev yığışdıran kişi.

Hələ bunun gecələr
içib ağlamağı var,
saçın daramamağı
saqqal saxlamağı var.

Üstəgəl pəncərədən
Gözünü yola dikmək
Gəlməyini gözləmək
Qadın həsrəti çəkmək.

Dərd ağır, hava da pis.
Ara vermir yağışlar.
Sənə məktub yazıram
Yazıram ki,
Bağışla... Ardı »

Sevgi şerləriMenem

Hesret qatilibdi dadli awima
Wirin mehebbetin enib bawima
Gulumser weklini qoyub qarwima
Baxib suretinle daniwan menem.

Yalqiz bulbul kimi ahuzardayam
Hesretin elinen derd qubardayam
Men bu gun yarimdan uzaqlardayam
Hesretli heyatla bariwan menem.

Artib wirinliyim senin dadinla
Yanib aliwmiwam sevgi odunla
Menem soraginda gezen adinla
Mehebbet bagini dolawan menem.

Ezizim hesretin yandirir meni
Intizar odunda aliwan menem
Bulbulu zar kimi gezib cemeni
Seni ciceklerden soruwan menem! Ardı »

Sevgi şerləriKum Taneleri

KUM TANELERİ

Geceleri seyrederken yıldızları
Bir sen doğar sensizliğimde
Gölegenle savaşırım
Gelip geçen bir rüzgar gibi
Sıcaklığını ararken
Bir çığ gibi düşer yokluğun
Savrulur savrulur tutunurum
Kumsala sürüklenen
Kum taneleri gibi... Ardı »

Sevgi şerləriBir Sevda Aglayir...

Gel dedim,köksüme yarali düsdü,
El açdim, ellerim arali düsdü
Ona bu ag dunya qarali düsdü,
Bir sevda aglayir icimde menim

Qedri bilinmedi,
ömrü qirildi,
Hesret boyun bükdü,
hicran yoruldu.
O her gun incidi,
her gun vuruldu
Bir sevda aglayir icimde menim

Min gul solduranlar
min gul derdiler
Yungul cicekleri
yungul derdiler,
Men urek açanda
Ardı »

Sevgi şerləriBextiyar Vahabzade - Men Yandim, Sen Isindin...

Ürəyimdən keçəndən
Düşmədinmi duyuq sən?
Səndən cavab gözlədim,
Nə "hə" dedin, nə "yox" sən.

Dedim: - Susma, danış, din,
Nə danışdIn, nə dindin.
Məhəbbətin oduna
Mən yandım, sən isindin.

Dillənsənə, sevgilim,
Mən nə daşam, nə dəmir.
Min il də gözləyərdim,
Axı, ömür gözləmir.

Sükutunla durmusan
Ürəyimin qəsdinə.
Söylə, susan sevgilim,
Bu sükutun qəsdi nə? Ardı »