Maraqli Melumatlar → Kişilərin Reproduktiv Sistemi
Kişilərin Reproduktiv (Dölyaratma) Sistemi
Kişi reproduktiv orqanları kişi cinsi hüceyrəsi olan spermatozoidlərin yaranması, yetişməsi və uşaqlıq yoluna çatdırılması prosesini yerinə yetirirlər.
Bəs kişi reproduktiv (dölyaratma) sistemi necə tənzimlənir? Əlbəttə ki, burada əsas rolu baş beyini oynayır. Hipotalamus mərkəzi sinir sistemi və xayalardan (yumurtalar) aldığı məlumat nəticəsində xüsusi hormon ifraz edir ki, o da öz növbəsində hipofiz vəzisi tərəfindən digər iki vacib hormonun – lyüteyinləşdirici (LH) və follikulstimullaşdırıcı hormonların (FSH) hazırlanması və ifraz olunmasını stimullaşdırır. LH-lyüteyinləşdirici hormon öz növbəsində testosteron hormonunun (spermatozoidlərin yetişməsini təmin edən) hasil olunmasını stimullaşdırır, FSH isə sağlam spermanın yetişməsi üçün digər hormonları aktivləşdirir.
Əsas kişi hormonu olan testosteron, spermatozoidlərin yetişməsinin təmin Ardı »