Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

N hərfiYuxuda Naşir görmək

Yuxuda naşir görmək uzunmüddətli səyahət və ədəbi ilhamın gəlməyindən xəbər verir. Əgər qadın yuxuda ərini naşir kimi görürsə, onu çoxsaylı tanışlara qısqanacaq. Yuxuda naşir sizin əlyazmanızı rədd edibsə, çoxdan nəzərdə tutduğunuz planınız uğursuz olduğuna görə məyus olacaqsınız. Əgər naşir əlyazmanızı qəbul edibsə, ümidlərinizin gerçəkləşməsi sizi sevindirəcək. Əgər naşir əlyazmanı itiribsə, siz tanımadığınız insanların intriqalarından əziyyət çəkəcəksiniz. Ardı »

N hərfiNərgiz

-röyada nərgiz gözəl bir qadına əlmətdir. Başında nərgiz güllərindən hörülmüş tac görmək – gözəl bir qadınla evlənməyə, dadlı eşq həyatına işarədir. Baxçada nərgiz görmək – uzun ömürlü uşağınız olacaq. Kəsilmiş nərgiz gülü – uşağın vəfat edəcəyinə yozulur. Nərgiz bəzən də sevincə, qızıl və gümüş cəvahirat sahibi olmağa işarə sayılır.Sarı nərgiz gülü – qızıl pulu, bəyaz – gümüş puldur. Qadının yuxuda başında nərgizdən tac görməsi – davamlı olmayan ailə həyatına, evlidirsə – ərinin onu boşayacağına, yaxud ərinin vəfatına əlamət hesab edilir. Ardı »

N hərfiAxşam (yatsı) namazı

ömrün tamamına və ömrün tükənməsinə işarədir, belə ki istirahət vaxtı olduğundan, yuxuya və ya istirahətə çəkilmişdir. Anlamı ailənin məişətini təmin etməkdən ibarətdir. Ardı »

N hərfiYuxuda Noxud görmək

Yuxuda noxud yeyirsinizsə, bu, sağlam həyat tərzi və gəlirlərinizin artmasına işarədir. Kəndlilər və onların həyat yoldaşlarına bu yuxu aktiv fəaliyyətə işarədir.Yuxuda inkişafda olan noxud görmək uğurlu işlərə işarədir. Noxud səpmək o deməkdir ki, sizin ümidləriniz möhkəm əsaslara söykənib və gerçəkləşəcək. Yuxuda noxud yığmaq planlarınızın icra ediləcəyinə işarədir: tezliklə siz öz əməyinizin bəhrəsindən faydalanacaqsınız. Konservləşdirilmiş noxud görmək sizin parlaq ümidlərinizin bir müddət qeyri-müəyyənliyinə işarə olsa da, axırda siz uğur əldə edəcəksiniz. Qurudulmuş noxud uğurdan sonra gələn inciklik və etinasızlıq əlamətidir. Qurudulmuş noxud görmək o deməkdir ki, sizi böyük yorğunluq gözləyir. Ardı »

N hərfiYuxuda Nifrət, kin görmək

Yuxuda kiməsə nifrət edirsinizsə, bu o deməkdir ki, həyatda həmin adama qarşı qəribə, xoşagəlməz hissləriniz olacaq və onun haqqında şübhələriniz doğru olacaq. Yuxuda digər insanların sizə qarşı nifrətini hiss edirsinizsə, həyatda sizin xoş əməlləriniz onların eqoistliyi içində itib-batacaq. Gənc qadın yuxuda sevgilisinin ona nifrət etdiyini görübsə, bu, real həyatda ona heç bir şəkildə uyğun olmayan insanı sevəcəyinə işarədir. Bu yuxu həmçinin, ehtiyatsızlıq ucbatından yaxınlarınıza istəmədən zərər yetirəcəyiniz səhv hərəkətlərə işarədir. Ardı »

N hərfiYuxuda Nəqqaşlıq görmək

Əgər yuxuda fırça ilə şəkil çəkirsinizsə, bu, hazırkı məşğuliyyətinizdən razı olacağınıza işarədir. Yuxuda gözəl şəkillər görmək o deməkdir ki, dostlarınız sizə qarşı qeyri-səmimi olacaq və yalanın şahidi olacaq. Gənc qadın yuxuda şəkil çəkirsə, bu, sevgilisinin ona xəyanət edəcəyinə və başqasını sevəcəyinə işarədir. Ardı »