Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

M hərfiYuxuda Maral görmək

Yuxuda maral görmək yaxşı əlamətdir – gənclərə təmiz, dərin dostluq münasibətləri, evlilərə sakit, rahat həyat tərzinə işarədir. Maral öldürmək – o deməkdir ki, düşmənləriniz sizi zəhərləyəcək. Fermer və işgüzar adamlar üçün maral ovu gözlənilən işlərdə uğursuzluğa işarədir. Yuxuda maral balası görmüsünüzsə, həyatda tezliklə etibarlı və ədalətli dostlar tapacaqsınız. Gənc insanlar üçün belə yuxu təmiz və ülvi hisslərə işarədir. Ardı »

M hərfiMAL-QARA

Röyada öküz, inək, sığır və s. kimi iribuynuzlu mal-qara görmək-uğur və qazanc anlamına gəlir. Cavan oğlan üçün bu röya-həyatda uğur və qazanc kimi yozulur. Daha yaşlı kişilər üçün-mirasa qovuşmaq şəklində mənalandırılır. Gənc, ərə getməmiş qız belə röya görərsə, varlı bir adamla evlənəcək. Evli qadının yuxuda mal-qara görməsi-onun bir malikanəyə sahib olacağını xəbər verir. Əgər gördüyü heyvanlardan biri onun arxasınca gəkirsə, heç gözləmədiyi bir sərvətə, var-dövlətə yetişəcək. Ardı »

M hərfiYuxuda Musiqi görmək

Yuxuda musiqi gözəl məşğuliyyət və asudə vaxta işarədir. Həzin, xoş musiqi eşitmək məmnunluq və mənəvi rahatlığa işarədir. Ahəngsiz musiqi sözəbaxmayan uşaqlarla xoşagəlməz hadisələr və inadcıl, tərs ailə üzvlərinin olduğuna işarədir. Ardı »

M hərfiMAVİ RƏNG

Röyada xoşbəxtlik sırasına görə düzülmüş rənglər cədvəlində mavi rəngi görmək-ailənizdə hökm sürən səadətdən və məhəbbətdən xəbər verir. Rənglər cədvəlində mavi ən uğurlu rəng olan qırmızının altındadır. Yuxuda mavi səma görmək-eşqdə sədaqəti ifadə edir, səadət və əmin-amanlıq deməkdir. Röyada mavi cisimlər-dostların çevrəsində olduğunuza işarə sayılır. Ardı »

M hərfiYuxuda Maqnit görmək

Yuxuda maqnit görmüsünüzsə, bu, xəbərdarlıq yuxusudur: məşhurluq və şöhrət uğrunda səfeh düşüncələriniz sizi doğru yoldan çıxaracaq. Ola bilsin ki, pis qadın sizi aldadaraq bədbəxtliyə düçar edəcək. Qadınlar üçün belə yuxu zənginlik və kiminsə himayədarlığına işarədir. Ardı »

M hərfiYuxuda Makulatura görmək

Yuxuda makulatura yığmaq tezliklə ürəyiniz istəyən və sizə məmnunluq gətirəcək işlə məşğul olacağınıza işarədir. Makulaturanı (yararsız kitablar, kağızlar, tullantı) qəbul məntəqəsinə təhvil vermək köhnə tanışınızla xoş görüşə işarədir. Belə yuxunu görən işgüzar adam həyatda elə daimi müştəri tapacaq ki, onunla sonralar dost olacaq. Makulaturanı yandırmaq – qaydaya salınması qeyri-mümkün olan düşünülməmiş hərəkətə işarədir. Başqalarına zərər yetirməmək üçün sözlərinizə və işlərinizə diqqət yetirməlisiniz. Ardı »

M hərfiYuxuda Mətbəx görmək

Yuxuda mətbəx görmək sizin kritik vəziyyətə düşəcəyinizə və bunun sizi bir az depressiyaya salacağına işarədir. Bu yuxu hər şeyə hazır olmağın vacib olduğunu xəbərdarlıq edir. Qadın yuxuda mətbəxində təmizlik və səliqə görürsə, bu, onun taleyində sevimli qadın olacağına işarədir. Ardı »

M hərfiMİZRAB

Yaxın günlərdə musiqili, şən bir toplantıya, əyləncəli məclisə gedəcəyinizə işarə sayılır. Ardı »