Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

G hərfiGEYİK (maral)

Yuxuda geyik və ya geyiklərlə dolu heyvanat bağı görmək çox gözəl bir röya olaraq yozulur. Bu röya gənc bir oğlanı bəxtiyar edəcək xoş macəraya işarədir. Röya sahibi tacirdirsə-qzancı artacaq; məmurdursa-vəzifəsi böyüyəcək və yüksək məqama yatişəcəkdir. Gənc qız üçün bu yuxu-arzu və diləklərin gerçəkləşəcəyi anlamına gəlir. Geyik (maral) ovlamaq isə xeyrə əlamət sayılmır. Ardı »

G hərfiYuxuda Gəlir əldə etmək

Yuxuda gəlir qazanmaq o deməkdir ki, siz kimisə aldada və ailə, dostlar üçün xoşagəlməz hadisələrin səbəbkarı ola bilərsiniz. Yuxuda qohumlarınızdan kiminsə miras alması həyatda peşmançılığa işarədir. Yuxuda öz gəlirinizin yalnız bir hissəsinin sizə çatdığını görmüsünüzsə, bu o deməkdir ki, sizi müvəqqəti uğur gözləyir, lakin siz qazandığınızdan daha çox gözləyirsiniz. Ardı »

G hərfiGİCİTKƏN

Röyada gicitkən görmək-bəxtin aşıqlığına və çoxlu pul qazanmağa işarədir. Ancaq bəzi yozucular yuxuda gicitkən görməyi pis xəbərə də yozurlar. Gicitkəndən hazırlanmış xörək yemək isə, ümumiyətlə, bəd xəbər kimi mənalandırılır. Ardı »

G hərfiYuxuda Gimnast görmək

Yuxuda gimnast görmək o deməkdir ki, sizi işlərinizdə uğursuzluqlar gözləyir, bu yuxu ticarətlə məşğul olan insanlar üçün xüsusilə xoşagəlməzdir. Ardı »

G hərfiGENBALAQ ŞALVAR

Bu röya hamı üçün izdivaca və gözəl bir ailə ocağı qurmağa, zənginliyə; röya sahibi məmurdursa-onun böyüyüb vali olacağına yozulur. Yuxuda şalvar görmək, eyni zamanda, könül rahatlığına da işarə sayılır. Ardı »

G hərfiGÜLMƏK

Səhər-səhər yuxudan gülərək oyanmaq-çoxlu pul və xoşbəxtliyin gələcəyini xəbər verir. Bir zarafata gülmək-sevincə, mala və zənginliyə qovuşmağa yozulur. Ardı »

G hərfiGÖY (səma)

Röyada aydın və masmavi bir səma görmək-sonsuz sevinc və səadətə yozulur. Buludlu göy-hər hansı bir hadisə üzündən çox kədərlənəcəksiniz. Göy gurultusu eşitmək-ruhunuzu dərin kədər və iztirablar saracaqdır. Od kimi qızarmış səma-yaxın vaxtlarda həyatınızda mühüm dəyişiklər olacaqdır. Göyə çıxmaq-yüksək bir mövqeyə çatacaqsınız. Göy üzndən yerə düşmək-iş həyatında bir sarsıntı keçirəcəyinizə işarədir. Ardı »

G hərfiGÜNƏŞ

Röyada görülən parlaq və qaynar günəş-böyük hökmdar və xəlifə, möhtərəm bir ata, qızıl, yüksək çinli komandir, yaxud gözəl qadın anlamına gəlir. Özünü günəşə döndüyünü görmək-röya sahibi günəşin işıq və parlaqlığı qədər böyük bir mülk sahibi olacaq. Özünü günəşə yapışan, ilişən görmək-bir mövqeyə yetişəcək və ya yardımçılardan xeyir görəcəkdir. Zəncirdən sallaşaraq günəşə çatmaq-bir vilayətə vali təyin ediləcək və oranı ədalətlə idarə edəcəksiniz. Günəşə yaxın olmaq-hökumətdən mal, nemət və yardım alacaqsınız. Gündoğandan günbatana qədər bütün yer üzünün günəşinn işığına, nuruna boyandığını görmək-röya sahibi öz işinin ustasıdırsa, şöhrəti dünyanın hər yerində yayılacaqdır. Röyada günəşdən güc-qüvvət almaq-böyük hökmdar və hökumətdən qüvvət və qüdrət almağa yozulur. Ardı »