Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

E hərfiEşşək

Röyada eşşək görmək və minmək – rəsmi mövqeyiniz və durumunuz güclənəcəkdir. Eşşək əti yeyən cahil bir adamdan xeyir görəcək. Eşşək kəsmə – fəna bir iş tutmağa, eşşəkdən düşmək – varlılıqdan yoxsulluğa düşməyə yozulur. Ardı »

E hərfiEdam

Röyada özünün edam edildiyini görən adam yüksələcək və önəmli mövqeylərə kecəcəkdir. Özünün asıldığını görmək – bacarığı varsa, röya sahibi vali olacaq. Asılıb da canını tapşırırsa, o valinin vilayətə din baxımından səhvən qoyulduğuna işarədir. Əgər sağ qalsa röya sahibi vali olur və vəzifəsində ədalətli hərəkət edir. Şəhərin qala divarında aslı olduğunu və camaatın onu seyr etdiyini görən adam böyük bir səltənətə və şöhrətə çatacaq, xalqın bütün zənginləri və şərəfli adamları onun əli altında olacaqdır. Ardı »

E hərfiYuxuda Ev görmək

Yuxuda öz evinizi tapa bilmirsinizsə, bu o deməkdir ki, siz insanların düzlüyünə öz inamınızı tamamilə itirəcəksiniz. Yuxuda evinizin olmadığını görmüsünüzsə, siz maliyyə itkiləri gözləyir. Gənc qadın yuxuda evdən gedibsə, bu pis əlamətdir. Bu onun xain adamalrın şər və böhtanı ilə əhatə olunacağına işarədir. Əgər yuxuda köhnə evinizə baş çəkmisinizsə, sizi yaxşı xəbərlər gözləyir. Yuxuda köhnə evi rahat və sevincli görmək uzun sürən xoşbəxtlik əlamətidir. Atılmış ev qəmli hadisələrə işarədir.

Yuxuda xoşbəxt və şən insanın evinə daxil olmusunuzsa – həyatda sizi tezliklə qəmli günlər gözləyir. Ardı »

E hərfiEv quşları

toyuq, ördək, hind quşu yumurtlayan ev quşlarını yuxuda görmək – cavan oğlan üçün yüksək mövqeyi olan birisiylə düşmənçilik etməkdən cəkinməyin vacibliyini göstərir. Orta yaşlılar üçün bu röya – təcrübəli hərəkət edərsə, işlərini genişləndirmək və inkişaf etdirmək baxımından əlinə yaxşı bir fürsət düşəcəyini xəbər verir. Heç evlənməmiş qadın belə bir yuxu görərsə, bir əkin-biçin adamı ilə evlənəcək və əkinçi həyatı yaşayacaqdır. Ardı »

E hərfiEhram

Böyük bir kədərdən sonra təkrar öz əski halınıza qayıdacağınıza işarədir. Ardı »

E hərfiYuxuda Eynək görmək

Yuxuda eynək görmüsünüzsə, deməli, həyatınızda tanımadığınız adamların səbəbkar olacağı xoşagəlməz dəyişikliklər baş verəcək. Yalançı insanlar sizin etibarınızdan sui-istifadə edəcəklər. Sınıq eynəklər o deməkdir ki, yaxın insanla ayrılıq sizi haram əyləncələrə sövq edəcək. Qoruyucu eynək görmək yaxınlığınızda olan çirkin, sarsaq insanların çoxluğuna qarşı xəbərdarlıq xarakteri daşıyır. Gənc qadın yuxuda qoruyucu eynək görübsə, bu, yalançı vədlərə boş yerə qulaq asdığına işarədir. Yuxuda eynək taxmaq zəhlətökən insanın sizi təngə gətirəcəyinə işarədir. Qız yuxuda sevgilisini eynəkdə görübsə, bu, labüd mübahisələr və ayrılıqlara işarədir. Ardı »