Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ç hərfiÇANTA

ÇANTA-Yuxuda bez torba və ya çanta görmək-işinizdə başarıqlı olduğunuza işarədir. Dəri çanta-dincəlmək üçün səyahətə çıxacaqsınız. Kağız torba-ailə həyatınızdakı çətinlikləri sevindirici sonluqla aradan götürəcəksiniz. Kətan qumaşdan torba və ya çanta-bir çox adamları xilas edəcəksiniz. Yırtıq çanta-mənasız və gərəksiz bir işə düşünmədən pul xərcləməyə yozulur. Ardı »

Ç hərfiYuxuda Çınqıl görmək

Yuxuda çınqıl görmək səmərəsiz layihələr və işlərə işarədir. Əgər yuxuda palçıqla qarışıq çınqıl görmüsünüzsə, bu sizə uğursuzluq və mülkiyyət itkisinə işarədir. Ardı »

Ç hərfiÇİÇƏK

ÇİÇƏK-Çox yaxşı, uğurlu bir xəbərdir. Qurumuş çiçəklər-keçici bir üzüntüyə və sıxıntıya; özünü gül mağazasında görmək-sevdası bütün həyatınız boyu davam edəcək gənc bir xanımla dostluq qutacağınıza yozulur.

Çiçəkli bir bağçada istirahət etmək-dostlarınızdan biri xoşbəxt ailə quracaqdır. Çiçəkləri sulamaq və ya onlara tamaşa eləmək-əlinizdəki işiniz böyüyəcək, daha da artıb inkişaf edəcəkdir. Röyada süni, yapma çiçəklər görmək-bir nəfəri xoşbəxt edəcəksiniz. Bir tablo və ya rəsmdə çiçək çəkmək-ictimai həyatda böyük bir mövqe qazanacaqsınız. Ayaq altda çiçək görmək-başarılı olmaqdan ümidinizi üzəsiniz gərək. Yuxuda birinin yaxasına sancaqla çiçək taxmaq-röya görən də, yaxasına gül taxılan da uğur qazanacaqdır. Ardı »

Ç hərfiÇALIŞMAQ (işləmək)

ÇALIŞMAQ (işləmək)-Röyada bir adamın qan-tər içində çalışıb işləməsi xeyrə yozulur. Belə bir röya görən adam işində böyük uğurlar qazanacaqdır.Bu cür yuxu görən orta yaşlıdırsa və vəzifə sahibidirsə-uğurlu bir mükafata yayiq görüləcək, fəhlədirsə-ustalığa yüksələcək, tələbədirsə- kursunu bitirəcəkdir. Ardı »

Ç hərfiÇİMDİK

ÇİMDİK-Röyada kimisə çimdikləmək-çimdiklənən adamın malına göz dikilməsinə, yaxud acgözlüyə yozulur. Yanını çimdikləmək-onun arvadına göz qoyulduğunu və ona qarşı bir fənalıq ediləcəyini bildirir. Qarnını çimdikləmək-o kimsənin gizli malına göz dikilir. Budunu çimdikləmək-bütün ailəsinin mülkünə və arvadına göz qopyulduğuna; əlini çimdikləmək-qardaşının malına göz dikdiyinə işarədir. Ardı »

Ç hərfiÇALAĞAN

ÇALAĞAN-Xoş xəbərlərə işarədir. Uçan çalağan görmək-rahatlığa, əmin-amanlığa yozulur. Çalağan vurma-qorxulu röya hesab edilir, bəxtin əbədi olaraqbağlanması deməkdir. Çalağan yaxalamaq-sərvətə yozulur. Ardı »

Ç hərfiÇƏPGÖZ

ÇƏPGÖZ-Röyada çəpgöz adam görmək-işlərinizin və sağlamlığınızın qaydasında olduğuna işarədir. Çaş olduğunu görmək-anlaşmaları pozmağı xəbər verir. Ardı »

Ç hərfiÇÖL ÇİÇƏYİ

ÇÖL ÇİÇƏYİ-Röyada özünü bir çəmənlikdə, çöl çiçəkləri arasında görən gənc yaxın vaxtlarda ürəkaçan bir ziyafətə çağrılacaq. Orta yaşlı adam üçün bu yuxu-əyləncəli ziyafətə; gənc qız üçün-gözləmədiyi bir istirahətə və əyləncəyə; daha yaşlılar üçün-onları gözləyən xoş gələcəyə işarədir. Çöl çiçəklərindən toplanmış bir buketi ərmağan olaraq almaq-üzüntülərə yozulur. Ardı »