Bir gün bir şeyx, illərlə yanında yetişdirdiyi bir müridin imtahan etmək istəyir. Müridi yanına çağırıb, ona iri bir brilliant daşı verib, deyir:
— Oğlum, bunu al, apar bazara. Qarşına çıxan iş, dükan sahiblərinə, ustalara, sənətkarlara bu daşı göstər, nə qədər pul verəcəylərini soruş. Ən sonda isə bir zərgərə göstər. Amma, heç kimə satmadan, sadəcə, verdikləri qiyməti və nə dediklərini öyrən, gəl mənə bildir.
Mürid razılaşıb, əlindəki qiymətli daşla bazara gəlir. Qarşısına ilk çıxan bir baqqal dükanına girir. Qəssabdan soruşur:
— Bu gördüyünüz daşı almaq istəyirsiniz?
Qəssab parlaq daşı əlinə alıb, o tərəf-bu tərəfinə baxıb:
— Buna bir dinar verərəm. Aparıb evdə uşağa verərəm, oynayar.
Mürid təşəkkür Ardı »