Lev Nikolayeviç Tolstoy (1828-1910)-rus yazıçısı və mütəfəkkiri
· Bilməkdən qorxma,səhv bilməkdən qorx!Çünki bütün fəlakətlər ondan baş verir.
· İşıq saça bilmirsənsə,heç olmasa işığın qabağını kəsmə.
· Biliklərin çoxluğu yox,keyfiyyəti əhəmiyyətlidir.Çox şey bilən,ən lazımlı şeyləri bilməyə bilər.
· Sus,ya da susmaqdan da qiymətli söz söylə!
· Bilik o vaxt bilikdir ki,o hafizə gücünə deyil,ağıl gücünə qazanılmışdır.
· Şair həyatında yaxşı nə varsa götürür və öz əsərinə daxil edir.Ona görə onun əsəri gözəl,həyatı isə çirkin olur.
· Söz böyük şeydir.Ona görə böyükdür ki,sözlə insanları birləşdirmək də olur,ayırmaq da,sözlə məhəbbət də qazanmaq olar,ədavət və düşmənçilik də.
· Böyük izlər qoyan böyük fikirlər həmişə sadədir.
· Qorxaq dost düşməndən dəhşətlidir,çünki düşməndən qorunursan,dosta isə ümid Ardı »