Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Barmaq
Barmaq

Qafil dayanan cibləri pulnan dolu görcək,
Göz parladı, iştah gətirib oldu sevincək.
Cib sahibi hiss etmədi barmaq cibə gircək-
Keçmiş yəqin əvvəlcə gözəl məşğələ barmaq!

Birləşdi şəhadətdə “qulaq burmaq” olanda,
Beş barmağın ağsaqqalı baş barmaq olanda,
Barmağlığa saldın bizi sən qarmaq olanda,
Yox çarəsi çün, qorxmasaq, hey silkələ barmaq!

Olsaydı param, yazdığımı dərc eləyərdim,
Çatmazdı, çörək, pullarımı xərc eləyərdim.
Baş barmağın heç vicdanı yox, mərc eləyərdim-
Şübhən var? Uzat mən tərəfə çeçələ barmaq!

Zənn etməyin amma ki, yazır şeri əbəsdən,
Olsaydı əbəs yazdığı, düşmüşdü həvəsdən!
Bir xeyli zamandır ki, küsüb barmaq Əvəzdən-
Çün qəlbi deyən sözləri yazmır hələ barmaq!


Tarix: 03.06.2015 / 15:31 Müəllif: Aziza Baxılıb: 176 Bölmə: Əvəz Qurbanlı
loading...