Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sev – Şeyla

Niyə kövrəldin belə?
Gözlərini sildin, üzünü gizlətməklə,
Nəyi gizlədə bildin?
Könlündəki bəllidir,onu dilə gətirmə
Söz özü təsəllidir, ümidini itirmə.

Sev üreyin tutunca,
Sev qorxma sev doyunca.
Özünü unudunca
Sev ömrün boyunca.

Sevgin qanadsız quş kimi
Göyə uçmaq istəyir.
Arzuları yaşadıb,
Həqiqəti izləyir.
Bir gün, bir saat, bircə an
Ömür sürsə bəxtiyar,
Sığmaz bu dünyalara,
Könlündəki arzular.

Sev üreyin tutunca,
Sev qorxma sev doyunca.
Özünü unudunca
Sev ömrün boyunca.

O gözlərin qəm üçün
Doğulmayıb bunu bil.
Ömürlük həmdəm üçün
Sil gözünü gülüm sil.
Könlündəki bəllidir,onu dilə gətirmə
Söz özü təsəllidir, ümidini itirmə.

Sev üreyin tutunca,
Sev qorxma sev doyunca.
Özünü unudunca
Sev ömrün boyunca.


Tarix: 22.01.2015 / 18:59 Müəllif: Aziza Baxılıb: 83 Bölmə: Şeyla
loading...