Gedəcəyəm ömründən sənin – İradə İbrahimova
Yığıb hisslərini ətəklərimə,
Həkk edib əksini bəbəklərimə,
Əl edib son ümidlərimə,
Bir gün gedəcəyəm ömründən sənin…
Sən idin sevincim, sən idin dərdim,
Sənsiz keçirdiyim tənha günlərin
Atəşi könlümü yaxsa da, neynim,
Bir gün gedəcəm ömründən sənin…
Demirəm həsrətdən solmayacağam,
Demirəm kövrəlib dolmayacağam,
O sənli günlərlə yaşayacağam,
Bir gün dönəcəksən, olmayacağam…
Həyatda o günlər tapılan deyil,
Bu qatar geriyə qayıdan deyil,
Özgəsi dərdimi ovudan deyil,
Bir gün dönəcəksən, olmayacağam…
Tarix: 22.01.2015 / 18:26 Müəllif: Aziza Baxılıb: 24 Bölmə: İradə İbrahimova
loading...