Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şah qartal
Şah qartal

Qaçaq idim, canı şəhərlərə sığmayan qaçaq. İnsan yeyən şəhərlərdən qaçardım.
Bir çiçəyi toxum tökərkən tapdım, bir gülü ucqarda açarkən yaxaladım. Mən bir payız qaçağı idim, o da bir bahar qaçağı...
Neçə dəfə tırtıllar qanadlandı, quş olub uçdu önümdən, bir daşın ayaqlanıb dovşan oldu- ğunu gördüm dəfələrlə. Bığları buz tutmuş bir ovçuydum, qar qaçağıydım. Qayaların əks-sədasını, su sonasını, tumarlı qız quşunu, çəmən bülbülünü... izləyərkən özümdən də qaçmışdım.
Dağlara qaçardım. Yar sinəsi kimi rahatlıq gətirən dağlara. Bəzən təkbaşına, bəzən də dəlisov yoldaşlarla. Alaca şəfəqlərdə bir yaylaq yeli dolardı içimə. İçim vulkan kimi qaynar olardı, amma, di gəl, titrətmə (malyariya) xəstəliyinə tutulmuş kimi titrərdim.
Səhər obaşdan üsulca, səssizcə qaçardım. Dik yamaclı, sərt qayalı vadilərdə axardım. Şəhər bir qulyabanu olub kəsərdi yolumu… Dəlicəsinə özümü şəhərə çırpardım. Su- larım qabarar, daşardım və tərsinə axardım. Coşğun bir sel kimi dağlara, dağlara doğru çağlayardım…
Məni udan, məni yox edən şəhəri tərk etmək, qatı bir sis təbəqəsindən, uğultu- lardan, dar küçələrdən, nəhəng binalardan qurtulmaq istəyirdim. Bir dağa dırmaşıb şə- hərə yüksəkdən baxmaq, şəhəri ayaqlarım altına almaq istəyi böyüyürdü içimdə.
Dan yeri ağarmadan düşdüm yollara. Arabanın gedə biləcəyi yerə qədər getdim. Ax- şamdan yağan qar bütün izləri silmişdi. Önümdə hamar, ağappaq bir yaylaq dururdu. Qar- şımda bütün zəhmiylə dayanan dağ bu yaylağın sahibi kimiydi. Dağa tərəf baxanda arxadan güclü bir külək əsdi. Yarışa hazırlaşan köhlən kimi inadlaşdım, səbirsizləndim.
Çəkmələrimi geyinib, əlcəklərimi taxdım. Papağımı başıma keçırıb, tüfəngimi çiy- nimə asdım. Ov gödəkcəmi yoxladım; çörəyim, suyum, bıçağım, fişənglərim, çaxmağım, siqaretim - hamısı qaydasındaydı.
Arxamca ahəngdar qar səsləri və iri izlər buraxaraq dağa doğru yeriməyə başladım. Qıvrıla-qıvrıla dağın yüksək yamaclarına qədər uzanan dərin bir vadiyə girdim. Mən dırmandıqca səslər də dəyişirdi. Təbiət öz diliylə danışmağa başlayırdı. Külək səsi, quş səsi, qar səsi!.. Mən susub dinləyirdim, təbiətin dilindən nəğmələr eşıtmək istə- yirdim bəlkə də…
Yeridikcə kürəyimdə ağırlaşan tüfəngi daha çox hiss etməyə başlamışdım. Bir yandan gedir, bir yandan ovçuluğu, tüfəngi və özümü mühakimə edirdim. Öyrənmə mərhələ- sini çoxdan keçmişdim. Sərhədləri adlamış, hədləri aşmışdım neçə ildir. Qənimət ov- çuluğu mənə görə deyildi. Gənc ovçulara təcrübələri, metodları, bütün bunları öyrət- mək istəmirdim. Ov ilə ovçu arasındakı tarazlığın ağlın təhrikedici gücüylə ovun əley- hinə pozulması məni bezdirirdi. Təbiətdəki hər canlıya məhəbbətlə baxırdım.
Bəs niyə bəzən onların arxasından bir gözümü qapayıb böyük bir gurultu çıxarırdım? - Düşündükcə addımlarım yavaşladı. Bir ağırlıq çökdü üstümə. Sanki qayalar mənim üzə- rimdə yeriyirdi. Tüfənği çıxarıb bir qayaya dayadım. Böyük bir qayanın daldasında üzü güneyə oturdum. Ayaqlarım altında qalan əngin düzənliyə baxdım. Sonra dərin bir dü- şüncəyə daldım. Rənglər, səslər dəyişdi birdən. KöhnƏ zamanlara getdim.
Ağappaq qarın üstünə qanını səpələyərək can hayında qaçan bir dovşan keçdi önümdən. Dovşanın qanlı izinə düşdü bir ovçu. Dovşan yorğunluqdan və aldığı yaranın təsiriylə halsız düşdü az sonra. Ovçu heyvanın yalvaran, imdad diləyən baxışlarını görmədi belə. Onun qulaqlarından yapışıb yerə yatırdı, parlayan bıçağını dayadı boğazına. Qar içində çırpınan başsız bir gövdə qaldı geridə. Bir də hələ gözləri qapanmamış, qulaqları titrəyən bir kəllə…
Yanımdakı qayaya dayadığım, lüləsini qürurla göyə dikən silaha ikrahla baxdım. İçim sız- ladı birdən. Boğazıma dayanmış bir bıçaq deşdi qırtlağımı, nəfəs almağa çətinlik çəkdim, boğuldum sanki…
Bir xınalı kəklik sürüsü qalxdı sonra gözlərimin önündən, bir gurultu qopdu. Havaya barıt qoxusu yayıldı. Kəkliklərdən ikisi heç qanad açmadan bir daş kimi yerə düşdü. Tüfənğin lüləsindən, vıjıltıyla çıxan qırmalara tuş gəldi xınalı sinələri. Küləyi yaran qanadları bir daha açılmadı. Cansız qaldılar qar içində. İkisinin də ağzından qan gəlirdi. Ağappaq qar onların qanları ilə xınalanmışdı. Sürünün qalanları çox uça bilmə- dilər. Qar təzəydi. Qanadları islanmış, tüklərinin uclarını buz tutmuşdu kəkliklərin. Qanadları ağırlaşan bədənlərinə tab gətirmirdi artıq. Ovcu isə qara batıb çıxaraq qaçmağa çalışan xınalı kəklikləri toplayırdı… Ürəyim ağzıma gəlirdi, qarın içində batıb qal- mışdım…
Bir yaşılbaş ördək endi göllərə, qızıl kimi tükləriylə bir anqut uçdu. Bir sona nazlandı qamışlığın arxasından. Gözlərində qırmızı sürməsi, köksündə gümüş lələkləri olan bir telli durna qondu ürəyimin üstünə. Bir quş yağışı başladı sonra. Göy qumrular, qaya göyərcinləri, bildirçin bələdçilər, çalı quşları, təqlidçi quşlar, ardıç quşları… və sərt, ani uçuşlarıyla qaraquş… Üzümə qar sovruldu. Sovrulan qar deyildi, bəlkə də əbabil quşları daş-qalaq edirdi məni.. Qorxdum.
Tüfəngimi aldım və boşaltdım içindəkiləri. Yan tərəfımdəki yüksək qayalığa doğru dırmaşmağa başladım. Qayalığa çıxıb şəhərə doğru yenidən baxdım. Qatı bir sis örtmüşdü şəhəri. Duman içində yox olmuşdu şəhər. Ayaqlarımı yerə möhkəm basdım. Öz aləmimdə əzdim şəhəri. Ona təpədən baxdım. Fəth etdim şəhəri.
İrəlidəki təpəyə doğru getdim. Məndən öncə bir kəklik sürüsünün getdiyini hiss etdim. İzlər bir az öncə oradan keçdiklərini söyləyirdi. Burada, yaxında olmalıydılar. Hətta sürünün gözətçisi məni görmüş olmalıydı. Dərhal ətrafımdaki yüksək nöqtələrə baxdım. Bəli, qayanın başındaydı gözətçi kəklik. Göz – gözə gələndə sürətlə qayadan endi. Qanad səsləri gəlmədi. Yəqin, qanadları islaq və yorğun idilər. İzləri ilə getməyə başladım.
Ara - sıra dayanıb onları görməyə çalışırdım. Bir neçəsini sezmişdim. Qayaların diblərinə sinə- sinə irəliləyirdilər. Ürəklərinin döyüntüsünü eşidirdim. Qorxaq və ür- kək idilər, məni sezmışdilər, amma heç biri tüfəngimin boş olduğunu bilmirdi. Bir səs gözləyirdilər, “gummm”- deyə bir səs. O səsi eşidincə qanadlarına son dəfə güc verib özlərini bir az iləriyə atacaqdılar. Onlara yaxınlaşsam da, hələ uçmurdular. Onları uçurub son dəfə arxalarınca baxmaq istəyirdim.
“Qaruuuvq, qaruuvq” -deyə bir səs eşıtdim birdən. Kəkliklərin qanadlarının nədən tutulduğunu söyləyirdi bu səs. Başqa bir ovçunun sahəsinə girmiş və onu narahat etmişdim. Bu səslər də bir xəbərdrlıqdı. Təpədə bu yerlərin sahibi olan bir qartal dayanmışdı. Qartalların ən güclüsü - şah qartal! Göz- gözə gəldik. Heç qorxmur, özündən razı halda gözləyidi. Gicgahı tünd qəhvəyi rəngdə idi. Kürəyi və qanadları zolaq-zolaq qara və qəhvəyi tüklərlə örtülüydü. Qəhvəyi köksü qaraya çalırdı, iri, qüvvətli bilək- ləri tüklüydü. Pəncələrini qayalara saplamış, sərbəst, qorxusuz, heybətlə dayanmışdı. Dimdiyi köksünə doğru bir yay şəklində əyilmişdi. Düşməncəsinə baxan gözlərindən atəş yayılırdı sanki.
Gedirdim. Qartal mənə xəbərdarlıq etməyə davam edirdi. Kəkliklər iki ovçunun ortasında qalmışdı. Qartal olan qayalığa yaxlnlaşdım. Birdən önümdəki qayalıqlardan kiçik daşlar da qanadlandı.
“Pırrr! Pırrrr! Pırrrrr! ”
Qayalıq qanad səsiylə doldu. Kəkliklər yerdən üç- beş metr uzaqlaşmamış Şah Qartal düşməncəsinə sürüyə cumdu. Kəkliklər xəfif bir mehdən dalğalanan parça kimi süzüb üstlərinə şığıyan qartalın qorxusundan halsız-halsız yerə endilər. Hamısı qayanın dibinə girib hərəkətsiz gözləməyə başladı. Bir qayanın daldanacağında gizləndim. Kəkliklərin çoxunu görürdüm. Artıq məndən deyil, başları üzərində fırlanan nəhəng quşdan qorxurdular.
İlk həmləsi boşa çıxan qartal qayalığın üzərində qara bulud kimi fırlanırdı. Mənim gizləndiyim yeri də bilirdi. Odur ki, kəkliklərin yanına enə bilmirdi. Kəkliklərin qoru- yucusuydum məgər.
Qartal səs tonunu qalınlaşdırdı. İndi daha sərt bağırırdı. Mənim getməyimi istə- yirdi. Bura aid olmadığımı söyləyirdi durmadan… Qayaların şahı olan bu heybətli quş haqlıydı, əslində…
Yenidən şəhərə tərəf baxdım və “yaxşı, yaxşı gedirəm” - dedim şah qartala. Geriyə dönüb cəld uzaqlaşmağa başladım. Qartal bağırdıqca mən də sürətimi artırırdım, hətta qaçırdım. Yenə qaçaqdım. Bu dəfə bir suçlu kimi qaçırdım. Arada bir dönüb arxama baxırdım.
Şah qartal sanki bir ayində idi. Özünü unutmuşdu. Qayalıqların üzərində qanadlarını iki yana sallamış, özünü küləyin ixtiyarına vermişdi. Heç qanad çalmadan fırlanır, sü- zürdü… Kəkliklərin ürək döyüntüsü hələ də qulağımdaydı... Kim bilir, şah qartalın iri caynaqları onların hansının qanına batacaq, hansının köksünü parçalayacaqdı…
Mən ovçu deyildim artıq, ovçu deyildim. Bir ov kimi girdim şəhərə


Tarix: 08.06.2015 / 17:47 Müəllif: Aziza Baxılıb: 233 Bölmə: İmdat Avşar
loading...