Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramazanın qırxbeşi

Bir dəfə Molladan Kəndin imamı vəzifəsini yerinə yetirməsini istəyirlər.Ramazan ayı gəldiyində Molla günləri çaşmamaq üçün hər gün qaba bir daş atırmış. Mollanın bir də kiçik qızı varmış. Bu uşaq atasının hər gün qaba daş atdığını görüb özü də bir ovuc daşı qaba doldurmuş.
Ramazanın sonuna doğru gəlirlər (iyirmi - iyirmibeşi olduğu sıralarda) camaat molladan:
- Ramazanın neçəsidir ay molla? deyə soruşmuşlar.
- Evə qədər gedib - gəlim, sizə Ramazanın neçəsi olduğunu söyləyərəm, demiş və evə gedib daşı saydığında, qabdan tam 115 daş çıxmış. Molla düşünmüş-daşınmış... «Ramazanın 115i desə büsbütün ayıb olacaq qırxbeşi» deməyə qərar vermiş.
Camaatın yanına gəlincə:
- Neçəsi olmuş? -deyə soruşmuşlar. Molla da:
- qırxbeşi deyə cavab verəndə - Oradakılar:
- İnsaf et ay molla. Ramazanın qıxbeşi olarmı heç?- demişlər.
Mollada:
- Siz mənə dua edin, yoxsa iş qabdan çıxan daşa qalsaydı, Ramazanın 115i olacaqdı, deyə cavab verir.


Tarix: 28.11.2014 / 18:32 Müəllif: Aziza Baxılıb: 77 Bölmə: Ümumi Letifeler
loading...