Çılğın Demokrat
Seçki kompaniyasının gedişində respublikaçılar partiyasının namizədi Teodor Ruzvelt kiçik şəhərləri gəzərək alovlu nitqlərlə çıxış edirmiş. Şəhərciklərin birində bir dəqiqədən bir - "Mən demokratam!" qışqırıb onun əsəblərinə toxunan adamdan soruşur:
-Deyə bilərsinizmi ki, siz nə üçün demokratsınız?
-Çünki mənim babam demokrat olub, atam demokrat olub, indi də mən özüm demokratam.
-Yaxşı... əgər sizing babanız uzunqulaq olsaydı, atanız uzunqulaq olsaydı, o vaxt siz nə olacaqdınız?
-Onda mən respublikaçı olardım! -deyə Ruzveltin rəqibi söz altında qalmır.
Tarix: 28.11.2014 / 18:28 Müəllif: Aziza Baxılıb: 44 Bölmə: Ümumi Letifeler
loading...