Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gedirəm biletin pulunu verməyə!"

Stefen Likok

Yumorist yazıçı Stefen Likokun yanına birisi gəlib gülüş doğuran yazı yazmaq üsulunu öyrənmək istədiyini bildirir. Yazıçı ona deyir:

- Gülməli yazı yazmaq çox asandır. Qələm, kağız və mürəkkəb hazırlayırsınız başlayırsınız başınıza gələn fikirləri yazmağa.

Həmin şəxs:

- Bəli, bəli... Doğru deyirsiniz, təşəkkür edirəm!- deyərkən Likok:

- Yazmaq asandır, bütün çətinlik, başınıza fikir gələ bilməsindədir!-deyir.





Yucin Oneyl

Amerika dekadent yazıçısı Oneyl (1888-1953) gəmi ilə Aralıq dənizində səyahət etdiyi zaman kapitanın yanına qalxmış və burada kim isə onun çiyninə toxunaraq demişdi:

- Cənab, üzr istəyirəm, kimsənin buraya qalxmasına icazə verilmir!

Oneyl səs gələn tərəfə çevrilərək:

- Siz kiminlə danışdığınızı bilirsinizmi?- deyə soruşmuş.

Dənizçi çiyinlərini çəkib onu tanımadığını bildirdikdə Oneyl qürurla demişdi:

- Siz əsrimizin ən böyük dramaturqu ilə danışırsınız!

Dənizçi isə ona belə cavab vermişdi:

- Cənab Bernard Şou hər kim olursunuz olun, buradan getməlisiniz!



Cozef Lister

Məşhur ingilis cərrahı Listeri (1827-1912) gecə vaxtı təcili olaraq yuxudan ayıldıb bir varlı xəstənin müalicəsinə çağırırlar. Lister xəstəyə baxaraq:

- Bu saat vəkili və oğlanlarınızı buraya çağırmalısınız- deyir.

- Doktor, yoxsa həyatım təhlükədədir? Bəlkə son dəqiqələrimdir?

- Xeyr, son dəqiqələriniz deyildir, ancaq qoy mənim kimi onlara da yuxu haram olsun! – deyir.



Iohannes Brams

Görkəmli alman bəstəkarı Bramsın ( 1833-1897) görüşünə gəlmiş dostu çıxıb gedərkən demişdi:

- Sənin vəfatından sonra bu qapıya vurulacaq lövhədə nə yazılacağını indidən təsəvvürə gətirmək çox da çətin deyil!..

Brams düşüncəli halda ona cavab verərək demişdi:

- Yəqin yazacaqlar ki: “Bu ev kirayəyə verilir”.





Lensdel

İngilis dramaturqu Lensdel zəif bir səhnə əsərinin ilk tamaşasına baxarkən birinci pərdədən sonra yoldaşına deyir:

- Dur gedək, baxmağına dəyməz!

- Yaxşı deyil... özümüzə də pulsuz bilet veriblər!..

Dramaturq razı olub, ikinci pərdəyə də baxmağa başlayır. Lakin davam gətirə bilmədiyindən pərdənin ortasında ayağa qalxaraq lojadan çıxmaq istədikdə yoldaşı ondan soruşur:

- Hara gedirsən?

Lensdel belə cavab verir:

- Gedirəm biletin pulunu verməyə!


Tarix: 28.11.2014 / 18:24 Müəllif: Aziza Baxılıb: 84 Bölmə: Ümumi Letifeler
loading...