Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BƏRABƏR GÜLƏK)))

Bir gün dostlar yığışıb aralarında olmayan dostu prikola tuturlar, gəlib atasına deyirlər ki, oğlun nəşə çəkir. Atası deyi:
-O nədir?
Deyirlər ki, onu çəkəndə adam uçur. Atası deyir:
-Eybi yoxdur qoy gəlsin evə, mən ona göstərərəm. Oğul gəlir atası deyir:
-“Alçağın biri alçaq! Sən nəşə çəkirsən? Oğul:
-“Yox ata, sən nə danışırsan? Ata:
-“Kəs səsüvü küçüy!!! Səni uçan yerdə görüblər))))


Bir qocanının tilovuna yenə qızıl balıq düşür. Qoca :
-Maşın, ev istəyirəm.
Balıq :
-Seçin. Kreditlə, yoxsa lizinqlə ?
- Onda sən də seç. Bitki yağında, yoxsa kərə yağında?

Rayondan qatarla Bakıda təhsil alan oğlunun yanına gedən ata özü ilə bir qoyun aparır.
Sərnişinlərdən biri soruşur:
- Bu nədi, qoyundu ?
Kişi cavab verir:
- Yox bu rüşvətdi, "qoyun" Bakıda oxuyur


Bir ləzgi avtobusa arxa qapidan minir, avtobusda basa-bas olur. Bir təhər qapının ağzında dayanır, qapı bağlananda qolu qalır qapının arasında, qışqırır sürücüyə - can qardaş əli qaldı, əli qaldı. Sürücü reaksiya vermir. Ləzgi - can qardaş qulu qaldı, qulu qaldı. Sürücü - eyyyyy, neylayim eyyy, daha gecdir, Eli də, Qulu da arxadakı marşurutla gələrlər.

Mark Tven bir məclisdə qarşılaşdığı qadına kompliment edir: - Nə qədər gözəlsiniz .
Qadın: - Çox təəssüf ki, mən sizin üçün eyni şeyi deyə bilməyəcəyəm.
Mark Tven gülür : — Elə isə siz də mənim etdiyimi edin. Yalan deyin .)))

Həkim: Sizə yazdigim dietik çayi içirsiz?
Qız: Hə
Həkim: Necədi?
Qız: Tortnan ləzətdidi ... ))

Polisin yanına gələn molla deyir: - Mənim maşınım oğurlanıb. Amma oğru kimdisə özümüzünkilərdəndir, tutulmağını istəmirəm. Polis qardaş, kömək elə oğrunu tapım, maşını geri alım… - Bu o qədər də çətin iş deyil, camaat ibadətə yığılanda onların qarşısında möizə oxu və axırda başla sadalamağa – dinimizdə buyurulur ki, adam öldürmə, zina etmə, oğurluq etmə! “Oğurluq etmə” deyəndə diqqətlə adamların gözünün içinə bax, kim sənin gözünün içinə baxa bilməyib başını aşağı sallasa oğru odur… Molla təşəkkür edib gedir və səhəri gün qayıdıb stolun üstünə bir konvert pul qoyub deyir: - Bu xeyirli məsləhətin şirinliyidir… - Deyəsən məsləhətin xeyri olub, maşın tapılıb, hə? - Tapılıb, polis qardaş, çox sağ ol! - Bəs oğurlayan kim idi? - Oğurlayan deyəndə ki… Məsələ bir az başqa cürdür… Moizənin “zina etmə” yerinə çatanda özümün yadıma düşdü ki, qaçhaqaçda maşını kimin qapısında unutmuşam…

Arvad: Toyumuzun ildönümüdür.Necə qeyd edək? Ər: Bir dəqiqəlik sükutla....)


İçərişəhərdə bir şəkilinin lotular axşam qabağını kəsib,onun qızıl üzüyünü zorla barmağından çıxardıb qaçırlar.Özlərini bura yetirən polis işçiləri ona deyirlər:
- Əclaflar sənə bu qədər zülm verdilər,bəs niyə haray salıb səs çıxarmadın?
Şəkili qızıl dişlərini onlara göstərib deyir:
- Disuz,hayındı ağzımı açım,habları da çıxartsınlar?

Qiznan oğlan avtobusda gedirlər.
Qiz :- nə yapişmisaneee , nədi xoşun gəlir?
Oğlan: - estafurllah xanim , pis anlamayin sadəcə sixliqdi
Qız :
- aaa onda cəkil də ,bəlkə xoşu gələn var...



Bir gün arvad türmədə yatan oğluna məktub yazır:-Oğlum sən içəri girəndən bəri heç kim işlərimi görmür, bostanda işləyən yoxdur, kartofu əkə bilmirəm.. Oğul cavabında yazırki, Ana nə badə həyətdəki bostanı qazasan, həm özüvü bədbəxt edərsən,həm də məni.. Bu söhbətin üstündən bir müddət keçir, anası yenidən məktub yazır:- Oğul sənin məktubundan sonra bir "tolpa" polis gəldi həyəti qazıb getdi,amma heç nə tapa bilməyib söyə-söyə getdilər... Oğluda cavab yazırki Ana həyəti mən qazdırdım Kartofu isə özün ək!!!I


Ana, o kişi kimdir?
- Hansı bala?
- O saçları biz-biz durmuş, gözləri qızarmış kişini deyirəm.
- Hə bala, o sənin atandır. İnternetə qoşulub... :-)


İki dost görüşür:
-«Nə olub? Qəmgin görünürsən»
-«Bircə söz üstündə arvadım acıq edib atası evinə getdi»
-«Səncanı, o sözü mənə də öyrət dəəə»

Bir gün Molla kişmiş yeyirmiş. Bir dostu ona yaxınlaşıb soruşur:
- Molla nə yeyirsən?
- Elə.
Dostu soruşur:
- Molla, necə yəni elə? Bu nə cavabdı?
- Müxtəsər deyirəm də...
- Nəyi müxtəsər deyirsən?
- Sən deyirsən: "Nə yeyirsən?". Mən deyəcəyəm: "kişmiş". Sən deyəcəksən ki: "mənə də ver!" Mən deyəcəyəm: "vermirəm!" Sən deyəcəksən: "niyə?" Mən deyəcəyəm "elə!" Odu ki, indidən müxtəsər deyirəm: elə.;))


Tarix: 19.11.2013 / 03:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 257 Bölmə: Ümumi Letifeler
loading...