Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Biraz Gülək? :)

Bir tələbə atasına məktub yazıb yenə pul göndərməsini xaiş edir və həmin məktubda yazır:
“Ata can, mən səndən pul istəmək fikrindən daşındım. Lakin məktubu yoldaşıma vermişdim ki, aparıb yola salsın, yüyürdümsə də çata bilmədim”.
Oğlan bir neçə gündən sonra atasından belə bir məktub alır: “Oğlum, narahat olma, biz heç sənin məktubunu almamışıq”

Uşaqları polis bölməsinə ekskusriyaya aparırlar.
Divarların birində Məmmədqulu şəkillər görür.
Şəkillərin üstündə yazılır: Onlar axtarışdadırlar!
Məmmədqulu soruşur: Bunları axtarırsız?
Polis işçisi: Bəli
Məmmədqulu: Bəs şəkillərini çəkəndə niyə tutmadız?

Kiçik Pərviz sirkdə gördüyü möcüzələrdən atasına danışırdı:

-Gözbağlayıcı bir dəqiqədə 2000 manat pulu iki dəsmala çevirdi.
Atası başını oynadaraq dedi:
-Anan ondan da mahirdir, bir neçə gün bundan əvvəl yarım dəqiqə ərzində
200.000 manat pulu tülkü quyruğundan hazırlanmış gülünc bir papağa çevirdi

Birindən soruşdular:

-Qardaşın arvadı oğlan doğub, ya qız?
-Vallah bilmirəm, mənə hələ deməyiblər ki, mən uşağın əmisi oldum, yoxsa bibisi.

Sizin telefonun nömrəsi neçədir?
-Elə bir ədəddir ki, çox asan yadda saxlamaq olur. Bircə alma sözünü yadında saxlasan bəsdir.
-Bu necə olur?
-Çox asan, almanı düşünən kimi Qubanı gətir gözünün önünə, o saat Kuba ölkəsi yadına düşəcək, bu yadına düşən kimi Amerika gözünün qabağında canlanacaq. Amerika yadına düşən kimi onu kəşf edən Xristofor Kolumb gözünün qabağına gələcək. O da ki, Amerikanı 1492-ci ildə kəşf edib. Bizim telefon nömrəsinin isə əvvəlində 7 var, deməli, olur 7-14-92. Görürsən necə sadədir?

İki yoldaş aşxanada oturub içirdilər. Birisi digərindən soruşdu:
-Sən gecə içmiş halda evə gedəndə arvada nə deyirsən?
-Mən ancaq salam verirəm. Qalanını o deyir.

Gecə yarısı iki nəfər sərxoş qaranlıq küçə ilə gedirdi. Biri o birisinə dedi:
-Doğrusu, dost, içki içməyin bir böyük eybi var.
-Necə məgər?
-Hər şeyi iki görürsən.
İkinci sərxoş dedi:
-Bir gözünü bağla.

Hakim. Sən ata-ananı öldürmüşsən?
Cani. Bəli, möhtərəm hakim.
Hakim. Bəs indi özünü müdafiə etmək üçün son sözün nədir?
Cani. Bu yazıq yetimə rəhminiz gəlsin!

Biri kənddən şəhərə gəlib teatra getmək fikrinə düşür. Kassaya yaxınlaşıb bilet alır. Az keçmir ki, həmin adam yenə kassirdən bilet alır və bu hadisə bir neçə dəfə təkrar olunur. Kassir şübhələnir və soruşur:
-Sənə mən 6 bilet vermişəm, bunları nə edirsən?
-Əşşi, sizdən bilet alıb qapıdan içəri girəndə bir axmaq biletimi alıb cırır.


Tarix: 19.11.2013 / 03:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 159 Bölmə: Ümumi Letifeler
loading...