Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oxuyun.! Bu Qeder Lezet Elyen Olmuwdu?

Başqa vaxt üz vermədiyi oğlanı sonra başqa gözəl qızla görəndə cinlənən məxluqa "Qız" deyilir :))))))

-Oğlum, qonaqlara salam ver, sora keç öz otağına ..
+Slm. X.g Ncs? Men exit :D

Qəşəy qızlar həmişə qonşu vaqonda olur
Metro Atalar sözləri :)))

Ərəb kanallarının birində futbola baxıram, şərhçi nə deyirsə nənəm Amin deyir =))

Messi — normal bir futbolçudan 3 qat daha sürətli qaçır,
Quaresma — normal bir oyunçudan 4 qat daha texnik vurur,
Sabri — fatal error 404 NOT FOUND.

Sənsiz bir dəqiqə 60 saniyə kimi gəlir.....

İnsanların bir birini itirmək üçün əlindən gələni etdiyi yeganə yer - "oçered" di :))

Gizli nömrə ilə zəng vurub . . .
Mənə zəng elə diyən dost . . .
Səni qınayan neçə nəfərik bilirsən?;))))

Toyda oğluna qız bəyənən analara bir kəlmə sözüm var — siz bu qızların bir də ev hallarını görün, sora qərar verim =))))

Metroda mini yubkada, ayağını ayağının üstünə aşırdıb, gözündə Calvik Klein açkisi olan, bir əlində BackBerry, o birində iPhone 4 tutub, saqqızı çeyniyə-çeyniyə oturan qızlara demək istəyirəm ki — Unutma ki hamı kimi sən də 20 qəpik verib minmisən =)))))

Facebook bağlanır::: !!!
285.256.35 valideyn bəyəndi : )

Ən qeyrətli bitki göbələkdir, çünki papağı həmişə başındadı =)))

Avtobusda qızın aça bilmədiyi pəncərini qoluna güc verib, açan qaqaş
bütün diqqətləri üzərinə çəkdiyi üçün həyacandan yerindəcə keçindi :)))

Həyatda 3 qadını: Anamı, həyat yoldaşımı və qızımı sevirəm deyən oğlana
Nənəsinnən cavab gəldi: heyif o pensiyalarımnan, haram xoşun olsun haa...

Yalnız Azərbaycanda Balacaya oxşuyursan deyəndə " Vaxtında evlənsəydim sən boyda uşağım olardı " cavabı verilir :))))

Qar yağan günü çölə çıxanda məhlə uşağının əlində QARTOPU görən kimi "MƏN XƏSTƏYƏM HAA" deyənlər bilirəm burdasuz =))

Analara görə su stekanları 3 qrupa ayrılır:
1. Gündəlik su stəkanları..
2. Qonaqlara ayrılmış su stekanları,
3. Toxunulmazlığı olan servantdaki su stəkanları.. :)))))

Metroda Maşinistlə əlaqə düyməsini basıb "Gənclikdə saxlıyarsan" deyən qaqaş — aəə sən niyə ölmürsən))))

Hacı Dayı verdiyi müsahibədə bundan sonra anekdotlarla gündəmə gəlmək istəmədiyini açıqladı =))

Vanish xalçadakı mikrobların 99%'ni təmizləyirmiş.
Geridə qalan 1%'in göstərdiyi inanılmaz dirəşmə qüvvəsinə xüsusi alqışlar =)))

Amerikada 2 dost dava edir, 3 cu araya girir:- dostlar dava etmeyin axi biz dostuq.
Eyni hal Azerbaycanda, 3cu araya girir:
- ala ala boynuna yapiw ala ayagina gir ayagina :)))))))))))

1950 : Ey din Qardaşım
1970 : Ey Müsəlman Qardaşım
1980 : Ay Dəyərli Qardaşım
1990 : Qardaşım
2000 : Ay qaqaş
2010 : Ay Brat
2012 : Broooo :)))))

Qonaqlar tam getmək istəyən vaxtı yalandan: "Oturmuşduz daaa" deyən adama "Bizimkilər" deyilir =)))

Avtobusa hər dəfə gözəl bir qiz mindikdə yanındakı boş oturacağa oturması üçün
dualar edən qaqaş arzusu ürəyində qaldığı üçün yerindəcə keçinmişdi =))

Azərbaycanda oğlanların bir'birinə gün ərzində verdiyi ən çox sual — "Brat, yandıranın olmaz?" =)))))))))

"I love 11" bu yazını sən də "I love on bir" kimi oxudunsa narahat olma — sən tək deyilsən :))

Uşaqlığında bir dəfə də olsun nan kurtkavın zamokunu bağlıyanda zamokun ucu çənəvin dərisini çimdikliyibsə — bizlərdənsən =))

Nauşniki taxıb ev tozsoranlıyan qız...yarım saatdan sonra telefonun zaryatkası qutardığına görə anlamışdır ki, tozsoranı hələ toka taxmıyıb =)

Avtobusda özünü qızlara göstərməkçün heç yerdən tutmuyan qaqaş şoferin tormuzu basmasıyla itkin düşüb =)))

Ən kiçik ayaq barmağının dəydiyi şkaf, itən pult, donan komp, itən set, ölüvay tərpənmiyən internet — VALLAH sizin yediyiniz söyüşləri bugünə qədər kimsə yemədi =))

Mc'Donaldsda fresh iTaliano yeyirəm, gəlin qonaq olun" deyə status yazan oğlan dostu tərəfindən Avtovağzalda qutab yeyərkən Yaxalandı =]

Əgər bir "Qadın" ağlayırsa yanına yaxınlaş, saçlarını sığalla, gözlərini bax və de ki: "Mango'da" 70% endirim var =]

Ən yaxşı uşax kimin uşağıdı? əlbəttə ki, "cammatın uşağı..." =]

Uşaq vaxtı evdə boş vaxt çox qalsın deyə verilən ev tapşırıqları elə sinifdə yazardıq :) istedad olmuşuq ee =]

Toya gedib məhşur bir müğənni ilə şəkil çəkdirib və evə gələndə qonşularına "Papamın goru bu müğənni ilə çox yaxınıq... Ailəli gediş-gəlişimiz var" deyen xalalar da var =]

Uşaqlığım Coca-Cola'nın qapağının altındakı o mavi plastik şeyi çıxartmağa çalışmaqla keçdi (:

Aysel, get cörək al
-Dərs oxuyuram
Aysel, evləri yığ
-Dərs oxuyuram
Aysel, telefon
-Gəldiiiiimmmim :)))))

Həyatda hər şey mümkündü deyən insan...
Ağzını açıb "B" hərfini deyə bilərsən? =]
.
.
.
… .
.
100% yoxladız, hə??? yenə də bacarmadız :))))

Məktəbdə və ya universitetdə əlinə qara flomaster alıb, qızların tualetində "Mamed aşkım, səni çoooox sevirəm" yazan qız - Mamed də yazdığını oxuyacaq axı.. )))))

Uşaqlıq şəkillərinə baxıb.."uyydaaa" nə gündə olmuşam :))))

Tənbəllikdən qurtulma metodu:
253546943315832592240190, amma əvvəlcə bu rəqəmi oxumaq lazım idi. Sən birbaşa, oxumadan keçdin. Deməli, sən düzələn deyilsən...))))

Fərhad: Şirin, sənin üçün dağları da dəldim!!!
Şirin: Öküz gəlmisən, Öküz də gedəssən :)))))

Dili çöldə şəkil çəkdirən qızlar, cazibədar olduğunuzumu sanırsız?! Palsüd'ün reklamındakı inəklərə oxşayırsız :)))))

Atam "bu sözü qulağında sırğa elə" deyərək sözə başlayanda: Yaxşı oğlan sırğa taxmaz dedim 1:0 uddum, 1 qulağnan kimdi eee məni tanıyan :)))

Coğrafiya dərsidir.
Müəllim uşaxlardan soruşur:
Yaxşı deyin görək, xəritədə hansı dəniz qeyd olunmayıb.
-Uşalar xorla "Özcan Deniz" :)))

Futbolumuzla Təhsilimiz üz-üzə gəldi.. baxışdılar.. baxışdılar.. qucaqlaşıb ağlaşdılar :)))

Öskürsəm, başım ağrısa
Dişim ağrısa, qızdırmam olsa
Ananın deyəcəyi söz eynidi - "lüt gəzirsən....." :)))

Aldığı paltarın və ayaqqabının eynisini başqa dükanda ucuz qiymətə gözən qızın dramını heç bir filmdə görmək mümkün deyil :)))))

Alo, xanım, sizinlə tanış olmaq olar?
-Ata, bəsdi məni yoxladın, gələndə çörək al.
Yaxşı, qızım :)))

* Qızların 2 düşməni olur:
Təzə sevgilisinin köhnə sevgilisi.
Köhnə sevgilisinin təzə sevgilisi =)

* Avtobusda düşəcəyin dayanacağa yaxınlaşanda, sənlə eyni dayanacaqda düşəcək insanın səndən qabaq bunu soferə deməsi insanı nə qədər də sevindirir =)

* Qapı döyülür:
+ Tağı Əhmədov: Kimdi???
- Mirzə Ələkbər Sabir
+ Əəə bir-bir =))

* Qırxayağa deyirlər get çörək al, oda razılaşır. 2 həftə keçir, amma o hələdə qayıtmır. Birdən yolda onu görürlər və soruşurlar: "niyə getməmisən hələdə?", oda cavab verir ki: "vsyo, 40-cı ayaqqabımıda geyindim, gedirəm" =)))

* Qarışqadan soruşurlar:
- Hara gedirsən?
+ Uzaqda olan sevgilimin yanına.
- Çata bilməzsən.
+ Heç olmasa yolunda ölərəm =)

* Qadınlar duz kimidi, onlarlada şirin deyil, amma onlarsızda dadsızdı =)

* [20:07] - Səni narahat eləmirəm ki?
[21:53] - Yo yo, xoşdu =)

* Müəllim üçbucaq çəkir və deyir:
Müəllim: Rasim, ispat elə ki, bu üçbucaqdı
Rasim: Müəllim, anamın canı bu üçbucaqdı =))

* Qurban bayramı`nda Tv proqramları:
- Adını Qoyun qoydum
- Öyle bir qaçar Qoyun ki
- Möhteşem Qoyunlar
- Qoyunların Suçu ne ??? =))))

* Ana: Qızım, özüvə qardaş istəyirsən?
Qız: Hə Ana, istəyiyəm
Ana: Onda get yat, qoy işimizi görəy =)

* İmtahandan çıxmış abituriyentin duası:
- İlahi yalvarıram Tokio`nu Almaniyanın paytaxtı elə =)

* Uşaq: Ata bilirsən Kürdəmirdə gəmi batıb!
Ata: Ölən var?
Uşaq: Ata, Kürdəmirdə dəniz var? =))
Uşaq: Ata yaxşı, vurma ata vurma da, qələt elədim =)))

* Redbull Avropada qanadlandırır, Azərbaycanda isə risofkalandırır =))

Lezzet eledii? :)


Tarix: 19.11.2013 / 03:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 457 Bölmə: Ümumi Letifeler
loading...