Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BIZIMKILER BAX BELEDI;)))

1.Metro kartında 20 AZN gediş ola-ola, 1 AZN gediş yükləmək istəyərkən camaatı növbədə saxladan da — BİZİK.
2.Axşam bütün vaxtımızı internetə sərf edib dərs oxumayanda, səhər dərsə gedərkən metroda dərsi əzbərləyə-əzbərləyə gedəcəyimiz stansiyanı ötürən də — BİZİK.
3.“Adını Feriha Koydum” serialı nümayiş etdiriləndən bəri filmin aktyorlarının bütün tərcümeyi halını, səhər necə durduqlarını, axşam nə etdiklərini və bütün şəkillərini Azərbaycana tanıdan da — BİZİK.
4.Yolda Toy kortecinin yüksək sürətlə hərəkət etdiyini görüb, kartecə toy adamı kimi qoşulub DYP-dən keçməyi bacaran da — BİZİK.
5.“Kurtlar Vadisi” serialı ilk dəfə nümayiş etdiriləndən sonra “Polat Alemdar” kimi kostyum geyinib şəhərdə ciddi gəzən də — BİZİK.
6.Atasının yanında 5 yaşlı uşağa “balaca kişi, aton yaxşıdı, ya eşşəy?” sualını verən də — BİZİK.
7.Sevgilimizə “sənə görə Facebook-u bağlayıram” deyib, sonradan 2 dənə əlavə profil açan da — BİZİK.
8.Küçədə pişik görüb onun kimi “myyyaaaoo” səsin çıxardan da — BİZİK. (pişik də bizi başa düşür axı)
9.Toyda təbrik üçün söz veriləndə, tamadadan da çox şeir deyən də — BİZİK.
10.Hər dəfə bizi yada salan insanları yalnız işimiz düşəndə yada salan da — BİZİK.
11.Sıxlıq vaxtı qatara minəndə əsəbi halda “Ortaya keçin dəəə...orta boşdu” deyib, qatara minərkən qapının ağzında dayanan da — BİZİK
12.Gizlənqaç oynayarkən gizlənməyə yer tapmadıqda, özümüzü asfalta sürtüb avtomobilin altında gizlənən də — BİZİK
13.Sevdiyimiz filmi seyr edərkən ordakı varlı rolunu oynayan aktyorun əvəzinə o rolda özümüzü təsəvvür edən də — BİZİK
14.Universitetdə dərsdə sıxılarkən müəllimə “ay məlim, onsuz da hamı yorulub evə gedəcəyik, axırıncı dərsi keçməyin dəəə” deyib, universitetin həyətində gəzməyi və müəllimi evə göndərməyi bacaran da — BİZİK
15.Futbol oynayarkən ulduz futbolçuların fəndlərini bacarmasaq belə, ən azından qol vurarkən onların qol sevincini 100% dəqiqliklə göstərməyi bacaran da — BİZİK
16.Toyda televizorda özümüzə baxa-baxa oynayan da — BİZİK
17.Yas mərasimində mollaya qulaq asmayaraq şəhərdəki probkadan, siyasətdən, futboldan danışan da — BİZİK
18.Kimsə bizdən bilmədiyimiz bir şey soruşanda “Bilmirəm” sözünün əvəzinə “Yalan deyərəm” sözünü deyən də — BİZİK
19.Məhlədə yer olmadıqda maşını kiminsə qapısı önündə saxladıqda, həmən yer üstündə qonşularla sözləşən də — BİZİK
20.Kiminsə əynində bahalı geyim görəndə, ona paxıllıq edib, 2 həftə sup yeyib, hökmən həmən o bahalı geyimi alan da — BİZİK


Tarix: 19.11.2013 / 03:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 137 Bölmə: Ümumi Letifeler
loading...