Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alman-Azərbaycan – Lətifələri

“Bu ermənilər alman faşistlərindən də betərdirlər”

Son günlər Almaniya-Azərbaycan münasibətlərində diplomatik gərginlik yaşanır. Hər iki ölkənin, mediasında və ictimai həyatında rəsmi və qeyri-rəsmi formada qarşılıqlı ittihamlar səsləndirilir. Belə həssas məqamda “Qafqazinfo” iki xalqın münasibətləri kimi ortaya çıxan bir neçə lətifəni yumşaldıcı məqam kimi oxuculara təqdim edir:

“Bu ermənilər alman faşistlərindən də betərdirlər”

Cəlal Əliyev Milli Məclisdə Azərbycan-Almaniya dostluq qrupunun sədri kimi bu ölkədən gələn yüksək nümayəndə heyətini qəbul edir. Görüş zamanı o, ənənəvi olaraq Ermənistanın Azərbaycana təcavüzündən, ermənilərin qaniçənliyindən danışır və belə bir müqayisə aparır:

- Bu ermənilər alman faşistlərindən də betərdirlər

* * *

90-cı illərin ortalarında Almaniyadan bir qrup nümayəndə heyəti Azərbaycanın çadır şəhərciyinə humanitar yardım gətirir. Yardımlar paylanarkən qaçqınlardan biri o birisindən yardımı verənlərin kimliyi ilə maraqlanır. Ona cavab verirlər ki, bəs yardım verənlər nemeslərdir. Adam qəfildən qayıdıb belə deyir:

- Allah haqqı, nemes bu adamlar deyil, nemes bizim icra başçısıdır...

* * *

Hitler alman, fransız və azərbaycanlı olmaqla 3 əsir ələ keçirir. Onlara hərənizə bir sual verəcəm kim düz tapsa bağışlayacam deyir. Almana sual verir:

- “Titanik” neçənci ildə batdı?
1912-ci il deyən Alman xilas olur. Fransıza “neçə nəfər öldü Titanikdə”- deyir. Və 1050 cavabını alır. Fransız da gedir. Azərbaycanlıya üzünü çevirib "Sən Titanik”də ölənlərin adını say”-deyir.

* * *

İkinci Dünya müharibəsi. Almanlar sovet xəndəyini mühasirəyə alıb qışqırırlar:
- Russ! Təslim ol!
Cavab verən yoxdu.
Yenidən almanlar qışqırır:
- Russ! Təslim ol.
Bu dəm xəndəkdən qorxa-qoxa əsgər çıxıb deyir:
- Rus yoxdur. Azərbaycanlı lazımdı? :))

* * *

Əslən Naxçıvandan olan bir seyid Böyük Vətən Müharibəsindəki xatirələrindən danışır: “45-ci ilin mayında naməlum əsgərin abidəsinin önündə nemesnən qarşılaşdım. Əl atdım avtomata, gördüm patron qurtarıb. Nemes de hazırdır ki, məni vura. Gözünün içinə necə zəndlə baxdımsa, silahı atdı yerə, düşdü ayaqlarıma.
- Seyid, cəddinə qurban olum, keç günahımdan”

* * *

Böyük Vətən Müharibəsi zamanı əsirlikdən qayıdan azərbaycanlı xatirələrini danışır. Və ara-sıra gopa da basır. Deyir ki, almanlar üç nəfər azərbaycanlını tutmuşdular. Qabağımıza şərt qoydular ki, ya hərbi sirri verməlisiniz, ya da sizi güllələyəcəyik. Dostumun ikisini də güllələdilər.
Qulaq asanlardan biri qayıdır ki, bəs sənə neylədilər.
O da cavabında:
- Məni də güllələdilər.


Tarix: 19.11.2013 / 03:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 63 Bölmə: Ümumi Letifeler
loading...