Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

3 Dost...*

Günlərin bir günü üç dost qatar stansiyasına gəlir.
Qatarın tərpənməsinə yarım saat qaldığından
oturub bir az yemək yeyirlər. Bunlar şirin-şirin
yemək yeyərkən, birdən qatar tərpənir, dostlar isə
təlaşa düşür. Biri hesabı verir, o biri isə çantaları
yığır.Bundan sonra onlar qatarın arxasınca
qaçmağa başlayırlar.Dostlardan biri çətinliklə də
olsa qatara minməyə bacarır. Digər ikisi isə
qaçmağa davam edir. Sonra onlardan biri də qatara
çıxmağı bacarır. Sonda tək qalan dost bir az
qaçdıqdan sonra yerə sərilib, gülməyə başlayır.
Qıraqdan onu görən biri yaxınlaşıb soruşur:
-Ay qardaş!!!Sənin dostların qaçıb qatara çatdılar.
Amma sən çata bilmədin, yerə uzanıb qəh-qəhə
çəkirsən. Nəyə gülürsən?
-Dost deyir: Çünki onlar məni ötürməyə
gəlmişdilər.
Bəs sizin həyatınızda bu cür dostlarınız olubmu?
Və ya sualı belə qoyum, sizi candan başa düşən,
halınıza yanan, özünü unudan dostunuz varmı?
Güvəndiyiniz, həqiqətən etibar etdiyiniz biri
həyatınızıda varmı?


Tarix: 19.11.2013 / 03:19 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 68 Bölmə: Ümumi Letifeler
loading...