Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Adi Yoxdu

Günlərin bir günü üç dost qatar stansiyasına gəlir.
Qatarın tərpənməsinə yarım saat qaldığından oturub
bir az yemək yeyirlər. Bunlar şirin-şirin yemək
yeyərkən, birdən qatar tərpənir, dostlar isə təlaşa
düşür. Biri hesabı verir, o biri isə çantaları
yığır.Bundan sonra onlar qatarın arxasınca
qaçmağa başlayırlar.Dostlardan biri çətinliklə də olsa
qatara minməyə bacarır. Digər ikisi isə qaçmağa
davam edir. Sonra onlardan biri də qatara çıxmağı
bacarır. Sonda tək qalan dost bir az qaçdıqdan
sonra yerə sərilib, gülməyə başlayır. Qıraqdan onu
görən biri yaxınlaşıb soruşur:
-Ay qardaş!!!Sənin dostların qaçıb qatara çatdılar.
Amma sən çata bilmədin, yerə uzanıb qəh-qəhə
çəkirsən. Nəyə gülürsən?
-Dost deyir: Çünki onlar məni ötürməyə gəlmişdilər.


Tarix: 19.11.2013 / 03:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 42 Bölmə: Ümumi Letifeler
loading...