- Məni sevirsən ?
 + Aha
 - Necə yəni aha ?
 + Sevirəm-sevirəm.
 - Bəs niyə məni başından edirmiş kimi danışırsan ?
 + Necə?
 - Axı sevirəm-sevirəm nə deməkdir ???
 + Səncə nə demək ola bilər ?
 - Məncə bu - "Əl çək" deməkdir.
 + Başa düşmürəm, nə istəyirsən axı ?
 - Mən istəyirəm sən deyəsən ki "Sevirəm".
 + Dedim də. Hətda 2 dəfə.
 - Sən mən istədiyim kimi demədin:(.
 + Bəs necə deməli idim?
 - Sadəcə deməli idin - "Sevirəm".
 + Yaxşı, sevirəm.
 - Əla!
 + Sakit oldun?
 - Yox.
 + Nə var yenə?
 - Axı niyə sən sadəcə olaraq sevirəm deyə bilmirsən? Niyə Yaxşı sevirəm deyirsən, səni bezdiribmişəm kimi?
 + Aydaaa...
 - Bezdirmişəm, hə?
 + Zarafat edirsən?
 - Sadəcə de ki "Sevirəm"!
 + Sevirəm!
 - Hə əlbətdə sevirsən. 
 10 dəqiqəlik mübahisədən sonra!
 - Səncə sevgini belə etiraf edirlər ?
 + Mən sevgimi etiraf etmirdim. Sadəcə sən istədiyin üçün dedim.
 - Yəni səninçün bunun bir mənası yoxdur?
 + Necə yəni?
 - Yəni mən istəməsəm sən sevdiyini deməyəcəkdin?
 + Axı mən artıq dedim!
 - Sadəcə ona görə ki mən istədim.
 + Mən, sən istəyənə qədər demişdim. Sən sevdiyimi soruşanda.
 - Nə demişdin?
 + Demişdim ki sevirəm.
 - Yox! Sevirəm demədin. Dedin ki "Aha"
 + Nə fərqi var axı?
 - Sən "Sevirəm" və "Aha" arasında bir fərq görə bilmirsən?
 + Yox, görmürəm!
 - Onda mən bundan sonra sənə sevirəm yerine deyəcəyəm ki "Mən səni aha"
 + Ha-ha-ha!
 - Nəyə gülürsən?
 + Dediyinə.
 - Hə, çox gülməlidir!
 + Nə olub axı sənə?
 - Sən məni sevmirsən!
 + Bunu hardan götürdün?
 - Çünki sevsən "Sevirəm" deyərdin "Aha" yox.
 + Yaxşı, əsəbləşdirmə məni.
 - Ümumiyyətlə sən məni sevsən bunu özün deyərdin, daha mənim səndən bunu istəməmi gözləməzdin!
 + Mən gözləmirdim!
 - Mən sənin sevginə əmin olsam bunu deməni istəməzdim!
 + Axı niyə əmin deyilsən?
 - Çünki...
 + Çünki mən "Aha" dedim?
 - Aha:(
 + Dəli:)
 - Aha:(.
 + Gəl bura:)...
 - Mən doğurdan da dəliyəm.
 + Hə, çox:).
 - Həmişə boş yerə mübahisə yaradıram.
 + Düzdü:). Gedək yataq?
 - Hə artıq gecdir. Bağışla məni.
 + Yaxşı hər şey qaydasındadır. Bağlayaq bu mövzunu.
 - Qucaqla məni.
 + :)...
 - Məni sevirsən?
 + ....... ))))))))))))))))))))))))))
Tarix: 19.11.2013 / 03:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 163 Bölmə: Ümumi Letifeler